DataLife Engine > Din > Mübariz Qurbanlı: Azərbaycan dini xürafata qarşı mübarziə aparan mayak rolunu oynayır

Mübariz Qurbanlı: Azərbaycan dini xürafata qarşı mübarziə aparan mayak rolunu oynayır


16-04-2015, 12:46. Yerləşdirdi: Tural Mübariz Qurbanlı: Azərbaycan dini xürafata qarşı mübarziə aparan mayak rolunu oynayır

Azərbaycan İslam siviliziyasının tərkib hissəsidir. Eyni zamanda, Azərbaycan dini xürafata və geriliyə qarşı mübarziə aparan mayak rolunu oynayır. Azərbaycanın İslam maarifçiliyinin inkişafında rolu danılmazdır. Zaman-zaman alimlərimiz burada əsl İslamı təbliğ ediblər.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində bildirib.

Komitə sədri qeyd edib ki, hazırda ölkədə İslam dini pərdəsi altında gənclərə qarşı yönəlmiş təxribatların, radikalizmin qarşısı alınır: “Dözümsüzlüyü təbliğ edən din məhvə məhkumdur. O dinlər tarixdə yaşayır ki, barışı, sülhü təbliğ edir. Əgər din ekstremizmi, radikalizmi təbliğ edirsə, o, məhvə məhkumdur”.

M.Qurbanlının sözlərinə görə, ölkədə İslamşünaslıq yeni inkişaf mərhələsinə daxil olur: “Biz milli-mənəvi dəyərlərimizi qorumalı, eyni zamanda milli kadrlarımızı yetişdirməliyik. Islam dəyərlərinin təbliğində bu gün Azərbaycan alimlərinin, islamşünaslarının tədqiqatlarına böyük ehtiyac var”.

O bildirib ki, Azərbaycan dini dözümlülük, multikulturalizm, tolerantlıq baxımından dünyaya nümunədir. Burada müxtəlif dinlərə sitayiş edənlərin dini məbədləri fəaliyyət göstərir.

DQİDK sədri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi zamanı dini abidələri məhv etməsi məsələsinə də toxunub: “Monoetnik ölkə olan Ermənistan təkcə Azərbaycana yox, islam dininə də təcavüz edib. Məscidlərə qarşı yürüş təşkil edib. İşğal etdiyi ərazilərdə 900-dən çox abidələri, o cümlədən məscidləri məhv edib”.
Geri qayıt