DataLife Engine > Din, BLOK XƏBƏR > İlk qadın məscidi açıldı-

İlk qadın məscidi açıldı-


6-04-2015, 21:22. Yerləşdirdi: Tural İlk qadın məscidi açıldı-
Bu yaxınlarda Birləşmiş Ştatlarda ilk qadın məscidi açılıb.

Kaliforniyanın Los-Anceles şəhərində açılan bu məscidi başqalarından fərqləndirən cəhət müsəlman qadınların burada daha sərbəst olmasıdır. İki ay bundan əvvəl açılan bu məsciddə qadının İslamda rolu haqda müzakirələr aparmağa da imkan var.

Amerikadakı digər məscidlərdən fərqli olaraq qadınlar ayda bir dəfə təcrübələrini bölüşmək üçün burada toplaşır.

Tənzilə Əhməd adlı qadın buraya iki ay əvvəl gəldiyini və burada dünyanın hər yerindən qadınlarla əhatə olunduğunu deyir.

Qadınlar və kişilərin cümə namazına eyni məsciddə toplaşdıqları, lakin ayrı-ayrılıqda ibadət etdiyi ənənəvi məscidlərdən fərqli olaraq bu məscid yalnız qadınlar üçündür və buraya qadın başçılıq edir.

Müsəlman İcamsı Şurasından Edina Lekoviç deyir: “Mən burada eyni məqsəd üçün gələn qadınları gördüm. Çünki bizi eyni inam bir araya gətirib və biz yeniliyə doğru daha bir addım atmaq istəyirik”.

Bəzi qadınlar kiçik bir dəyişikliyin olmasını istəyir. Onlar adi məscidlərdə özlərini yad hiss etdiklərini deyirlər.

“Mənim boya-başa çatdığım məsciddə biz arxa otaqda toplaşardıq. Bizə dua oxunan yerdə olmaq qadağan idi. Burada isə adi məscidlərdə olduğu kimi patriarxal məsələ yoxdur” - deyə Tənzilə Əhməd bildirir.

Bu qadın məscidində geyim qaydası tətbiq edilmir. Müxtəlif millətlərdən olan qadınların ibadət etdiyi bu məsciddə xristian və yəhidi tədbirləri də keçirilir.

Məscidin təməlini qoyan Həsna Məznavi burada məscid açılmasının səbəbi olduğunu deyir. “Məni ən çox ruhlandıran İslamın qızıl dövrüdür. Bu, o dövrdür ki, müsəlmanlar, xristianlar və yəhudilərlə birlikdə çalışıb”.

Lakin bəziləri qadın məscidinin o qədər də vacib olmadığını düşünür. İslam üzrə alimlərin bəziləri qadınların birgə dua etməsini qəbul etəsələr də cümə namazı və moizələrin bu şəkildə aparılmasını sual altına alır.

“Qadınların İslam haqda müzakirələri yenilik deyil. Qadın məscidi məsələsi tək belə hal deyil. Bu məsələ uzun müddət müzakirə obyekti olub və indi müasir dönəmdə bu, aktuallığını artırıb"” - deyə Cənubi Karolina Universitetindən Bri Loskota bildirir.

B.Laskota deyir ki, Amerika xarakterini əks etdirən bu unikal qadın məscidi təndiqlərə bir növ cavabdır ("Amerikanın səsi").
Geri qayıt