DataLife Engine > Din, BLOK XƏBƏR > Şeyxdən erməni yalanlarına cavab-

Şeyxdən erməni yalanlarına cavab-


30-03-2015, 12:19. Yerləşdirdi: Tural Şeyxdən erməni yalanlarına cavab-
"Erməni millətçiləri tərəfindən 200 ildən artıqdır ki, Azərbaycan xalqına qarşı soyqırım və təcavüz siyasəti aparılır".

ans press-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, təkcə Azərbaycanda deyil, Türkiyədə də çox sayda insanlar bu soyqırıma məruz qalıb. Şeyxin sözlərinə görə, erməni soyqırımı zamanı 12 minə yaxın insan öldürülüb, minlərlə insan itkin düşüb:

"Ermənilər bütün dünyaya bəyan ediblər ki, guya onlara qarşı soyqırım törədilib. Ancaq ermənilər özləri Bakı, Şamaxı, Lənkəran, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə qırğınlar törədiblər. 31 mart soyqırımı Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla rəsmi soyqırım günü kimi qeyd olunmağa başlayıb. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı 4 qətnamə qəbul edib. Ancaq Ermənistan bu qətnamələrə hələ də əməl etmir".
Geri qayıt