DataLife Engine > Din > Ərəblər Məkkədə şeytana atılan daşların alverindən ilə

Ərəblər Məkkədə şeytana atılan daşların alverindən ilə


22-03-2015, 19:52. Yerləşdirdi: Tural Ərəblər Məkkədə şeytana atılan daşların alverindən ilə
Həcc ziyarətinə gedən müsəlmanlar üç gün üst-üstə şeytana daş atmağa gedirlər. Şeytana hər gün 7 daş atılır. Əvvəlcə böyük Şeytana, sonra kiçik Şeytana və ən sonda orta Şeytana daş atılır.

Bəs şeytana atılan daşların aqibəti necə olur? Şeytana atılan bu daşlar hara yığılır?

Çoxlarını düşündürən bu sualların çox sadə cavabı var. Səudiyyə Ərəbistanı buna çarə tapıb. Atılan daşlar şəkildən dəgöründüyü kimi, aşağıdakı dəliyə düşür. Bu daşlar sonra orada qurulan avtomat qurğu sayəsində yenidən 7 daşdan ibarət paketə yığılır. Bağlamadakı daşlar hər biri 3 dollara yenidən satılır.

İldə təxminən 5 milyon zəvvarın hər biri 9 bağlama daş alır. 45 milyon bağlama oldumu? Birini 3 dollardan hesablasaq, bu da 135 milyon dollar edir.

Beləliklə, Səudiyyə Ərəbistanının təkcə Şeytana atılan daşdan qazandığı 135 milyon dollar təşkil edir.

Qeyd edək ki, Qurban bayramı günü şeytana daş atmaq və qurban kəsmək ibadəti İbrahim peyğəmbərdən (s.a.s.) qalıb. Belə ki, İbrahim peyğəmbər Uca Allahdan oğul istəyib. Allah-Təala da ona İsmayılı bəxş edib. Sonra İbrahim peyğəmbər dəfələrlə yuxusunda oğlunu qurban kəsdiyini görür və başa düşür ki, bu, ona yuxu vasitəsi ilə Uca Allahın əmridir.

Bu barədə Uca Allah Qurani-Kərimdə belə xəbər verir: “O (İbrahim) dedi: “Ey Rəbbim! Mənə əməli salehlərdən olan (övlad) bəxş et!” Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa, mənim səbrlilərdən olduğumu görəcəksən”.

Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman, Biz onu çağırıb belə dedik: “Ey İbrahim! Artıq sən yuxunu təsdiq etdin!”

Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən də bu, açıq-aydın bir imtahandır. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İbrahimə salam olsun!” (“Saffat” surəsi, 100-109).

Rəvayətə görə, İbrahim Uca Allahın bu əmrini yerinə yetirmək istəyərkən Şeytan onu müxtəlif hiylə, vasitələr və vəsvəsələrlə bu işdən yayındırmağa çalışdı. Ancaq buna müvəffəq olmadı və İbrahim (Ona Allahın salamı olsun) yerdən bir daş götürüb ona atdı. Allah-Təala İbrahimə bu sınaqdan üzüağ çıxdığına görə ona bunun əvəzində bir qoç (qoyun) kəsməyi buyurur. İbrahim peyğəmbər oğluna əvəz göndərilən qurbanlığı kəsir. Odur ki, Şeytana daş atmaq və qurban kəsmək o gündən vacib olub (ANS).
Geri qayıt