DataLife Engine > Din > Mübariz Qurbanlı Türkiyəyə nə üçün gedib?

Mübariz Qurbanlı Türkiyəyə nə üçün gedib?


2-03-2015, 14:54. Yerləşdirdi: Tural Mübariz Qurbanlı Türkiyəyə nə üçün gedib?
Türkiyə Cumhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə rəsmi səfərə gedib.

Virtualaz.org DQİDK-nın mətbuat xidmətinə istinadən bildirir ki, səfər çərçivəsində Dövlət Komitəsi sədrinin Mehmet Görməzlə iki ölkə arasında din sahəsində əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirəsi, həmçinin, Diyanət İşləri Başqanlığında, Diyanət Vəqfində, Ankara Universitetində bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.

Eyni zamanda, Mübariz Qurbanlı səfər zamanı bir sıra dövlət və hökumət rəsmiləri, o cümlədən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, baş nazirin müavini Bülənt Arınçla görüşlər keçirəcək.


Geri qayıt