DataLife Engine > Din > Şəkidə lisenziyasız dini kitablar aşkarlandı

Şəkidə lisenziyasız dini kitablar aşkarlandı


13-02-2015, 19:48. Yerləşdirdi: Tural Şəkidə lisenziyasız dini kitablar aşkarlandı

Şəki şəhəri ərazisində mağazadan müvafiq qeydiyyatdan keçməyən dini ədəbiyyat və müxlətif əşyalar aşkar edilərək götürülüb.

Şəki Şəhər Polis Şöbəsindən “qafqazinfo”ya verilən məlumata görə, mağaza sahibi Rəhman Nuriyev hələ saxlanılmayıb.

Mağazaya baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 181 ədəd dini ədəbiyyat, habelə 156 ədəd suvenir, 94 dəst müxtəlif geyim əşyaları, 2 ədəd güldan və 177 ədəd təsbeh aşkar edilərək götürülüb.

Araşdırma davam edir.
Geri qayıt