» » Mübariz Qurbanlı: “Azərbaycanda heç kim heç vaxt dini baxışına görə təqib olunmayıb”

Mübariz Qurbanlı: “Azərbaycanda heç kim heç vaxt dini baxışına görə təqib olunmayıb”

Bölmə: Din
Mübariz Qurbanlı: “Azərbaycanda heç kim heç vaxt dini baxışına görə təqib olunmayıb”
“Azərbaycanda heç kim heç vaxt dini baxışına, dini inancına görə təqib olunmayıb və sıxışdırılmayıb”. APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilən “Milli mənəvi dəyərlər və müasirlik” adlı konfransında deyib.

M. Qurbanlı bildirib ki, müasir dövrdə regiondakı bəzi ölkələrdə bunun əksi baş verir: “Azərbaycanda milli-mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub. Bütün dinlərə hörmət göstərilib, qarşılıqlı münasibətlər yüksək səviyyədə olub. Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə isə xüsusilə hörmətlə yanaşılıb. Azərbaycanda İslama verilən dəyər o qədər böyükdür ki, heç bu dinin aparıcı olduğu ölkələrdə İslama bu qədər dəyər verilmir”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda əhalinin 96 faizinin müsəlman olmasına baxmayaraq, ölkədə digər dinlərin mövcudluğuna heç bir maneə yoxdur: “Bu, bizim Konstitusiyada da təsbit olunub”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler