H.Şahin "Heydər"də axundu olacaq?" - (Münasibət)Bölmə: Din
Şahin Həsənli "Heydər" məscidinə axund təyin olunması barədə yayılan söz-söhbətlərə münasibət bildirib.“Bu barədə hələ danışmaq istəmirəm. Çünki bəzi məsələlər var ki, o məsələlərdən sonra dəqiqləşəcək” ![]() Xalqinfo.az bildiri ki,bu fikri islamazeri.az-a açıqlamasında tanınmış ilahiyyatçı Şahin Həsənli Qafqazın ən böyük məscidinə axund təyin edilməsi ilə bağlı yayılan fikirlərə münasibət bildirərkən deyib. İlahiyyatçı bildirib ki, məsələ ilə bağlı qeyri-dəqiq informasiya vermək istəmir: “Hələlik bu haqda heç nə deyə bilmərəm. Çünki, qeyri-dəqiq informasiya vermək istəmirəm. Amma, o məscidin axundu olacağım barədə tam dəqiqliklə də heçnə deyə bilmərəm. Çünki, bu haqda dəqiq məlumatlar yoxdur”. Ş.Həsənli onu da əlavə edib ki, bu gün ölkə başçısının Qafqazın ən böyük məscidinə getməsi tanışlıq məqsədi daşıyıb: “Əslində, bu gün hələ açılış olmayıb. Sadəcə, ölkə başçısının və digər nümayəndələrin təzə tikilən məscidə getməsi görülən işlərlə tanışlıq məqsədi daşıyır. Açılışın isə yaxın günlərdə olacağı gözlənilir”. Xatırladaq ki, Binəqədi rayonu ərazisində yerləşən Qafqazın ən böyük məscidi statusuna malik olan məsciddə son tamamlanma işləri də başa çatıb. Bu gün səhər saatlarında ölkə başçısı bir sıra nümayəndələrlə birlikdə məscidin ziyarətində də olublar. Məscid, demək olar ki, hazırdır. Yaxın günlərdə məscidin açılışı və axundunun təyin olunacağı gözlənilir. Qeyd edək ki, 72 metr hündürlüyündə 4 minarəyə malik olan məscidə "Heydər" məscidi adı verilib. |
XƏBƏR LENTİ
17.02.19 13:42 | Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.19 13:40 | Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar yağacaq
17.02.19 13:35 | Tramp yeni Suriya mesajı verdi, Avropadan dəstək istədi
16.02.19 21:40 | Zakir Həsənov BƏƏ-yə yola düşdü
16.02.19 21:36 | Daha 318 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
16.02.19 18:51 | 2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
16.02.19 18:21 | Nazirlər münaqişənin tənzimlənməsindən danışdılar
16.02.19 18:09 | "Provakasion çəkilişlərə əhəmiyyət verməməyə çağırırıq" -
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
16.02.19 18:05 | Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
16.02.19 18:03 | "Düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır" -
Rusiya azərbaycanlılarından BƏYANAT
Rusiya azərbaycanlılarından BƏYANAT
|