Masallıda Aşura mərasimi ilə bağlı yayılan video haqda - DİN-dən AçıqlamaBölmə: Din
Bəzi sosial şəbəkələrdə bu gün Masallı rayonunun Sirəbil kəndində Aşura mərasiminin keçirilməsi ilə bağlı videogörüntülər paylaşılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xalqinfo.az-a verilən məlumatda deyilir: "Bildiririk ki, həmin görüntü 2017-ci ildə keçirilmiş mərasim zamanı çəkilib. Bu il Aşura mərasimi ilə bağlı həmin kənddə və ümumiyyətlə Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq hər hansı kütləvi tədbir keçirilməyib. Bir daha sosial şəbəkə istifadəçilərini həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatlar paylaşmaqdan çəkinməyə çağırırıq". |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|