Azərbaycanlı zəvvar Kəbənin ətrafında pul qabı tapdıBölmə: Din
![]() Azərbaycandan həcc ziyarətinə gedən zəvvarlardan biri Kəbənin ətrafında dolanma ibadətini yerinə yetirərkən pul qabı tapıb. Xalqinfo.az virtualaz.org-a istinadən bildirir ki, zəvvar dərhal pul kisəsini açıb və içərisində tapdığı mobil telefon nömrəsinə zəng vurmağa başlayıb. Pul qabının içində avro və Səudiyyə rialı ilə nəğd pul, bir neçə kredit kartı olub. Abdulla adlı azərbaycanlı zəvvar mobil telefon nömrəsinin Fransa mobil operatorlarından birinə aid olduğunu görüb və ona dəfələrlə zəng vursa da nömrə bağlı olub. Sonra o, pul qabında tapdığı stasionar telefon nömrəsinə zəng vurub, telefonun dəstəyini götürən şəxs pul qabını itirən zəvvar ibn Zaruqun qohumu olduğunu bildirib. Qohumu zəvvarın üçüncü ölkədə olan arvadının telefon nömrəsini ona verib. Abdulla həmin nömrəyə zəng vurub, bildirib ki, ərinə itirdiyi pul qabının Azərbaycandan olan zəvvar tərəfindən tapıldığını çatdırsın. Pul qabını itirən zəvvarın arvadı isə Həcc ziyarətində əri ilə birlikdə olan dostunun adını deyib. Abdulla dərhal avropalı, amerikalı və türkiyəli zəvvarlar üçün tavaf ibadətini -Kəbənin ətrafına dövrə vurmağı təşkil edən təsisatla əlaqə saxlayıb, onlardan fransalı zəvvarı tapmaqda kömək istəyib. Həmin struktur öz məlumat bazasından ibn Zaruqun barəsində məlumatları tapıb, onun qaldığı otellə əlaqə saxlayıb və fransalı zəvvardan pul qabını gedib götürmək xahiş olunub. Fransalı zəvvar pul qabının tapılıb ona qaytarılacağına heç vaxt inanmırdı, xüsusən də pul qabı ziyarətin ilk günlərində Kəbənin ətrafında itirilmişdisə. Abdulla deyib ki, o ilk dəfə 1974-cü ildə həccə gedəndə öz pul qabını itirmişdi və onu təhlükəsizlik qüvvələrinin əməkdaşları tapıb qaytarmışdı. "Mən indi 44 il sonra öz borcumdan çıxdım"-o deyib. Fransalı zəvvar isə deyib ki, içərisində mühüm sənədləri olan pul qabını itirdiyinə görə çətin vəziyyətə düşmüşdü və Allaha pul qabının tapılması üçün dua edirdi. |
XƏBƏR LENTİ
15.02.19 12:58 | Nazir tələbə təqaüdlərinin artırılmasından DANIŞDI
15.02.19 12:56 | Prezidentin çıxışlarındakı mühüm mesajlar -
"Vətəndaş", "dövlət", "biz", "xidmət", "islahat"...
"Vətəndaş", "dövlət", "biz", "xidmət", "islahat"...
14.02.19 23:45 | Quranı pulla oxumaq: olar, ya olmaz?
14.02.19 23:33 | Birinci vitse-prezident “İmamzadə”də - FOTOLAR
14.02.19 23:20 | Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır -
təsisçisi Vüsalə Mahirqızıdır
təsisçisi Vüsalə Mahirqızıdır
14.02.19 23:07 | Nazirlik təhsil ekspertinin açdığı liseyə lisenziya vermədi –
5 aydı yollarda qalmışam
5 aydı yollarda qalmışam
14.02.19 23:04 | 9-cu sinif şagirdi 2000 avroya görə beynəlxalq yarışa QATILA BİLMİR
14.02.19 23:02 | İlham Əliyevdən ali məktəblərlə bağlı mühüm qərar
14.02.19 22:59 | Birinci vitse-prezident Gəncəyə səfər edib
13.02.19 22:39 | Mehriban Əliyeva prezidentin səfərindən video paylaşdı -
“İnsanların sevgisi...” +Video
“İnsanların sevgisi...” +Video
13.02.19 22:34 | Beyləqan sakinlərinin İlham Əliyevlə dialoqu:
“Bizdən Mehriban xanıma da çoxlu salam apar”
“Bizdən Mehriban xanıma da çoxlu salam apar”
13.02.19 22:26 | Nazirliyin açıqlaması kökündən YALANDIR:
“Heyvanlar noyabr deyil, dekabrda verilib”
“Heyvanlar noyabr deyil, dekabrda verilib”
|