» » Radikallarla bağlı açıqlama-

Radikallarla bağlı açıqlama- Video

Bölmə: Din
Radikallarla bağlı açıqlama-Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gün Sumqayıtda radikal dini cərayanlara məxsus olduğu bildirilən mədrəsənin huquq-mühafizə orqanları tərəfindən bağlanmasına aydınlıq gətirib.

Mübadirz Qurbanlı ANS-ə verdiyi ekskluziv müsahibəsində qeyd edib ki, bu gün Azərbaycanda müəyyən radikal qruplar nəinki təşviqat aparır, eyni zamanda qeyri-qanuni yolla silah əldə edirlər:

“Əgər kimsə, qeyri-qanuni yolla evində mədrəsə açmaq istəyirsə, məscid tikdirmək istəyirsə təbii ki, bu yol verilən bir hall deyil. Azərbaycan güclü bir ölkədir və bu ölkənin qanunlarına hamı əməl etməlidir”.



Qeyd edək ki, ötən gün Sumqayıtda mədrəsə kimi istifadə olunan içi silah-sursatla dolu yeraltı tikili tapılmışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan "Valter" markalı tapança aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler