» » 340 nəfər qan verib

340 nəfər qan verib

Bölmə: Din
340 nəfər qan veribAşura günü ilə bağlı qanvermə saat 07:00-dan başlayıb
Aşura günü ilə əlaqədar bu gün Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları başlayıb. Bu gün ümumilikdə 13 dini ibadət ocağında qan veriləcək. Toplanan qan hemofiliyalı və talassemiya, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xalqinfo.az anspress-in verdiyi məlumata istinadən bildirir ki, qanvermə aksiyası səhər saat 07.00-dan başlayıb. Bakıda Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Hemotologiya şöbəsinin rəhbəri Zöhrə Əlimirzəyeva ANS PRESS-ə açıqlamasında bu saata qədər 340 adamın qan verdiyini deyib.

Onun sözlərinə görə, bütün donorlar müayinə edilir. "Müraciət edənlər arasında bütün qan qruplarına məxsus olanlar var. Ötən il Aşura günü 4437 nəfər qan vermişdi. Bu il donorların sayının daha çox olacağı gözlənilir".

Qeyd edək ki, qanvermə aksiyaları aşağıdakı məntəqələrdə keçirilir.
- Yasamal rayonu Təzə Pir məscidi,
- Yasamal rayonu Hacı Soltanəli məscidi,
- Nəsimi rayon Əjdərbəy məscidi
- Səbail rayonu Bibi-Heybət məscidi,
- Səbail rayonu İçərişəhər Cümə məscidi,
- Suraxanı rayonu Qaraçuxur məscidi,
- Xəzər rayonu Mir Mövsüm ağa məscidi,
- Nizami rayon Keşlə qəsəbə məscidi,
- Sumqayıt şəhər cümə məscidi,
- Gəncə şəhər İmamzadə məscidi,
- Mingəçevir şəhər Heydər məscidi,
- Şəki şəhər məscidi,
- Lənkəran şəhər Böyükbazar məscidi,
- Bərdə şəhər cümə məscidi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler