» » Azərbaycanda dini radikalizmlə mübarizə gedir-

Azərbaycanda dini radikalizmlə mübarizə gedir- Foto

Bölmə: Din
Azərbaycanda dini radikalizmlə mübarizə gedir-
Bəzi radikal dini qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışır.

ans press-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dövlət Komitəsinin Odlar Yurdu Universiteti ilə birgə keçirdiyi “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda konfransda deyib.

Komitə sədri qeyd edib ki, bunun qarşısının alınması üçün görülən işlər bundan sonra da uğurla davam etdiriləcək: "Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir".

M.Qurbanlı ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.

O, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

Odlar Yurdu Universitetinin rektoru, millət vəkili, professor Əhməd Vəliyev konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac var.

O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə belə bir konfransın keçirilməsi məhz bu ehtiyacdan yaranıb.

Konfransda məruzə ilə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkədə dövlət-din münasibətlərinin qanunvericilik bazasından, xalqımızın zəngin tolerantlıq ənənəsindən, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizə qayıdış prosesinin özünəməxsusluğundan, mövcud dini durumdan, zərərli dini cərəyanların təbliğat metodlarından və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıb.

G.İsmayılov din sahəsində qarşıya qoyulan məqsədlər barədə məlumat verərək, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Konfransın sonunda müəllim və tələbələri maraqlandıran suallara cavablar verilib.
Azərbaycanda dini radikalizmlə mübarizə gedir-

Şərh Yaz
ŞƏRH(1)

Ataxan 8 fevral 2017 18:43
Maarifləndirmə əsas məsələdir.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler