» » Azərbaycanlı Quran qiraətçiləri 17 ölkənin içərisində qalib oldu

Azərbaycanlı Quran qiraətçiləri 17 ölkənin içərisində qalib oldu

Bölmə: Din
Azərbaycanlı Quran qiraətçiləri 17 ölkənin içərisində qalib oldu
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv ölkələr arasında hər il həyata keçirilən İslam Dünyası Gənclər Paytaxtı beynəlxalq proqramının 2017-ci il üçün tədbirlər planı çərçivəsində İranın Şiraz şəhərində Beynəlxalq Quran müsabiqəsi keçirilib.

Xalqinfo.az xəbər verir ki, 17 ölkəni təmsil edən 56 iştirakçının qatıldığı müsabiqədə Azərbaycanı Bakıdakı “Heydər Məscidi”nin imamı Rza Rzayev, Ağsu məscidinin imamı Elşən Rəhimli və Quran müəllimi İlkin Əliyev təmsil edib.

İranın Gənclər və İdman nazirinin müavini, Şiraz vilayətinin başçısı, və digər yerli dövlət qurumları nümayəndələri, İƏT Gənclər Forumu rəhbər nümayəndələri, Türkiyə Diyanət Başkanlığı Quran Qiraəti Qurumunun başçısı, İstanbul şəhəri baş müftisi, eləcə də elm, mədəniyyət və media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin bağlanış mərasimində iştirakçılara sertifikatlar verilib və qaliblər elan olunub.

Azərbaycanı təmsil edən iştirakçılar 2-ci və 3-cü yerləri tutub.

Xatırladaq ki, İslam Dünyası Gənclər Paytaxtı beynəlxalq proqramı 2015-ci ildən etibarən İƏT Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilir, 2016-cı ildə İstanbul, 2017-ci ildə Malaziyanın Putracaya, İranın Şiraz və Mərakeşin Fəs şəhərləri İƏT Gənclər Paytaxtı seçilmişlər. 2018-ci il üçün İƏT Gənclər Paytaxtı Fələstinin Qüds şəhəri elan olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler