» » Bakıda “İslam Həmrəyliyi:Azərbaycandan çağırış" mövzusunda tədbir

Bakıda “İslam Həmrəyliyi:Azərbaycandan çağırış" mövzusunda tədbir

Bölmə: Din
Bakıda “İslam Həmrəyliyi:Azərbaycandan çağırış" mövzusunda tədbir
Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi: Azərbaycandan çağırış” mövzusunda tədbir keçirilib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, QMİ-nin Elmi-Dini Şurasının üzvü, professor Anar İsgəndərov deyib ki, İslam həmrəyliyi ilə bağlı həm Azərbaycanda, həm də ölkədən kənar keçirilən tədbirlərin əhəmiyyəti böyükdür.

A.İsgəndərov QMİ-nin Azərbaycan tarixindəki rolundan danışıb, 1904-cü ildə yaradılan “Hümmət” təşkilatının fəaliyyətindən bəhs edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə deyib ki, 2017-ci ilin “İslam həmrəyliyi ili”nin elan edilməsi mühüm məsələdir: “Bu, sabitliyə hesablanmış addımdır. Dünyada bəzi proseslər baş verir, müharibələr olur, burada daha çox dinin rolu qabardılır. İslam dünyası inkişafla ayaqlaşa bilmir, geri qalır. İslam coğrafiyasındakı ölkələr inkişaf etməlidir. Azərbaycanın bu məsələdə üzərinə götürdüyü missiya odur ki, İslam dünyasında sülh olsun, həmrəylik əldə olunsun. İslam həmrəyliyi ilə bağlı atılan addımlar təkcə ölkə daxilinə deyil, həm də beynəlxalq aləmə hesablanıb. Bu, bir missiyadır. Hər bir Azərbaycan vətəndaşını bu işdə öz yanımızda görürük”.

Tədbir dinin tarixi inkişafı ilə bağlı slaydın təqdimatı ilə davam edib.

Bakıda “İslam Həmrəyliyi:Azərbaycandan çağırış" mövzusunda tədbir

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler