» » Şeyx nazirlə görüşdü

Şeyx nazirlə görüşdü

Bölmə: Din
Şeyx nazirlə görüşdü
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında ölkəmizə rəsmi səfərə gələn Fələstin Dövlətinin Xarici İşlər naziri Riyad əl-Malikini qəbul edib.


“Qafqazinfo” xəbər verir ki, QMİ sədri Azərbaycanla Fələstin arasında dostluq əlaqələrinin tarixi köklərə əsaslandığını, son illərdə bu sahədə çox mühüm addımlar atıldığını deyib. Allahşükür Paşazadə bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarda hər zaman Fələstin Dövlətinin haqq işini müdafiə edib və bu mənəvi dəstək bundan sonra da davam edəcək. Şeyxülislam həzrətləri ölkəmizin ərazi bütövlüyü məsələsində Fələstinin tutduğu mövqeyi yüksək qiymətləndirib

Səmimi qarşılanmaya görə minnətdarlıq edən Fələstin Dövlətinin Xarici İşlər naziri Riyad əl-Maliki qardaş ölkədə olmaqdan məmnunluq duyduğunu bildirib. Nazir deyib ki, Azərbaycan Fələstinə həm humanitar yardım göstərir, həm də ölkəsini beynəlxalq təşkilatlarda daim müdafiə edir. Fələstin Dövlətinin XİN rəhbəri əlavə edib ki, hər iki dost ölkə müxtəlif sahələr üzrə əməkdaşlığa böyük önəm verir və bu münasibətlər durmadan inkişaf etməkdədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler