» » Qüds şəhəri İslam dünyasının "Gənclik paytaxtı" elan edildi

Qüds şəhəri İslam dünyasının "Gənclik paytaxtı" elan edildi

Bölmə: Din
Qüds şəhəri İslam dünyasının "Gənclik paytaxtı" elan edildi
Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “İslam Dünyası Gənclik Paytaxtı” beynəlxalq proqramının seçim komissiyası Qüds şəhərini 2018-ci il üçün “İslam Dünyasının Gənclik Paytaxtı” seçib.

Xalqinfo.az Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı komissiya üzvlərinin fövqəladə iclasında yekdilliklə qəbul edilən qərarda son günlərdə Əl-Əqsa məscidində fələstinlilərin hüquqlarının kəskin şəkildə pozulması faktı öz əksini tapıb, o cümlədən, qəbul edilmiş qərarın Fələstin xalqına olan dəstəyin göstəricisi olduğu bildirilib.

İƏT Gənclər Forumu və İƏT-in, eləcə də Türkiyə, İran, Malayziya və Mərakeş nümayəndələrinin təmsil olunduqları seçim komissiyasının qəbul etdiyi qərarda BMT və İƏT-nın Şərqi Qüdsün müsəlman identikliyinə yönəlmiş və Fələstin xalqının bu şəhərdə təməl hüquqlarının qorunması ilə bağlı qərarlarına da istinad edilib.

Məlum qərarı şərh edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov bildirib ki, sözügedən sənəd Fələstin xalqının Qüdsil-Şərifə və Əl-Aqsaya olan ayrılmaz haqları uğrunda mübarizəsinə İslam dünyasının dəstəyini ehtiva edir. Bununla yanaşı, İƏT üzv-ölkələri və üzv-qurumlara göndərilən müraciətdə proqramın lazımi qaydada həyata keçirilməsi üçün İƏT Gənclər Forumu ilə əməli əməkdaşlığa çağırış edilib.

Qüds şəhəri İslam dünyasının "Gənclik paytaxtı" elan edildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler