» » Moskvada eyni anda namaz qılan 100 min insan-

Moskvada eyni anda namaz qılan 100 min insan- Video

Bölmə: Din
Moskvada eyni anda namaz qılan 100 min insan-
Qurban bayramı 30 milyon müsəlmanın yaşadığı Rusiyada da coşquyla qeyd edilir. Moskvada 100 mindən çox insanın iştirakı ilə qılınan bayram namazında, polisin xüsusi təhlükəsizlik tədbirləri diqqət çəkib.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, paytaxtda səhərin erkən saatlarından etibarən on minlərlə müsəlman məscidlərin yolunu tutdu. Moskva polisi də əksəriyyəti miqrantlardan ibarət olan bu insan axınına qarşı təhlükəsizlik tədbirlərini artırmışdı. Polisin bu məqsədlə xüsusi təlim görmüş at və itlərdən istifadə etməsi gözdən qaçmadı. Moskvadakı dört kiçik məscid 100 mindən çox insana kifayət etmədiyindən, paytaxt küçələrində hər bayram yaşanan mənzərələr bir daha təkrarlandı. Rusiya müftülüyü isə bu il də müsəlmanlara şəhər içində qurban kəsilməsinin qadağan olduğunu xatırlatdı.

Rusiya müftüsünün müavini Ruşen Abyasovun sözlərinə görə, qurban kəsimi üçün bu gün Moskva ətrafında ondan çox xüsusi yer hazırlanıb: “Orda hər kəs qurbanını kəsə bilər. Müsəlmanlardan xahişimiz budur ki, qaydalara əməl edərək şəhər içində qurban kəsməsinlər. Bu gün müsəlmanlar üçün, hətta belə bir imkan var ki, onlar telefon vasitəsilə qurbanlıq kəsimini sifariş etsinlər. Və qurbanlıq kəsildikdən sonra onların ünvanına ətlər çatdırılır”.

Ancaq Moskvada qurban kəsimi qadağası heç də həmyerlilərimizin planlarına mane olmadı.

“Qadağalara baxmayaraq biz bu qurbanlıqları bu qərib diyarda həmişə kəsmişik, imkansızlara bu qurbanlığı paylamışıq. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını və müsəlman aləmini bu bayram münasibətilə səmimi qəlbdən təbrik edirik. Əmin amanlıq olsun, sülh olsun” – deyə Diaspor nümayəndəsi Mehdi Babayev vurğulayıb.

Moskvada bu ilki bayram namazı Rusiya dövlət kanalı tərəfindən də canlı olaraq yayımlanırdı.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler