» » Oruc tutanlara çimmək olarmı?

Oruc tutanlara çimmək olarmı?

Bölmə: Din
Oruc tutanlara çimmək olarmı?
Ramazan ayında çimmək olar. Duş altında çimməyin heç bir maneçiliyi yoxdur.

Xalqinfo.az islam.az-a istinadən verdiyi məlumata görə, sadəcə, diqqət yetirmək lazımdır ki, burun, qulaq və ağız dəliklərindən bədənə su daxil olmasın.

Amma hovuzda çimməyə gəlincə, bunun da maneçiliyi yoxdur. Sadəcə, başı tamamilə suya batırmaq barədə alimlərin fikri fərqlidir. Sünni məzhəblərində başı suya batırmaq arzuolunmaz hal olsa da, orucu batil etməz.

Şiə məzhəbində isə əksər alimlər oruclu adamın suya baş vurmasını ehtiyati-vacibə görə haram bilirlər. Bəzi müctəhidlər (məsələn, Ayətullah Sistani) isə bu fiikirdəir ki, bu orucu pozmaz, amma şiddətli məkruh əməldir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler