» » Krediti və borcu olanlar qurban kəsə bilər? -

Krediti və borcu olanlar qurban kəsə bilər? - Video

Bölmə: Din
Krediti və borcu olanlar qurban kəsə bilər? -
Azərbaycanda da Qurban bayramına hazırlıq gedir.

ANS TV-nin məumatına görə, müqəddəs Qurban bayramına artıq bir gün qalıb. Hər bayram öncəsi süni qiymət artımını adi hal kimi qəbul etdiyimiz üçün qurbanlıq heyvanları baha qiymətə alacaqlarını düşünənlər az deyil. Elə buna görə də bəziləri bayramdan ən azı bir ay əvvəl qurbanlıq heyvanları alıblar. Almayanlar isə hələ də hansı heyvanları və ya harda kəsilən qurbanlıqların alınmasının halal olduğunu bilmirlər. Əhalinin, xüsusilə də orta və kasıb təbəqənin əksər hissəsinin banklarda krediti olduğunu nəzərə alsaq belə bir sual meydana çıxır: Bəs kreditləri və ya borcları olanlar bu müqəddəs bayramda qurban kəsə bilərmi?

“Əgər bir şəxsin götürdüyü kredit və ya borc onun ailəsini sıxıntıya salmırsa, o zaman o, insan Qurban kəsə bilər. O halda ki, o şəxs kəsdiyi qurbanlığı nisyə və ya kreditə almamış olsun. Heyvan elə haradan gəlir gəlsin heyvandı. Əsas odur ki, kəsiləcək heyvanlar təmiz, sağlam və nöqsansız olsun.” – deyə “Karvan” jurnalının baş redaktoru Hacı İsmayıl Əhmədov qeyd edib.

Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov isə israr edir ki, bayram üçün xaricdən heyvan gətirilməyib. Bayram günü yarmarkalara çıxarılacaq bütün heyvanlar yerli sahibkarlar tərəfindən gətirilib və tibbi müayinədən keçiriləcəklər. İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, sahibkarlarla birgə paytaxt və ətraf rayonlarda 23 məntəqədə yarmarkalar təşkil edəcəklər.

“Yarmarkalar keçirilməsi nəzərdə tutulan 23 məntəqədə və 8 mobil kəsim sexində tərəfimizdən laboratoriyalar təşkil olunacaq. Gətirilən bütün qurbanlıq heyvanlar tibbi müayinələrdən keçiriləcək”, – deyə Bakı şəhər baytarlıq idarəsinin rəisi Aslan Aslanov vurğulayıb.

Yarmarkalar üçün çadırların quraşdırılmasına başlansa da, sözügedən mobil kəsim sexlərinə bu gün rast gəlmədik. Bu maşınların bu gün səhər saatlarından etibarən 8 məntəqədə quraşdırıldacağı gözlənilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler