» » Məhərrəm və səfər aylarında niyə toy olmur?

Məhərrəm və səfər aylarında niyə toy olmur?

Bölmə: Din
Məhərrəm və səfər aylarında niyə toy olmur?

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu ilin oktaybr ayında xeyir iş keçirilməsi barədə açıqlama verib.
Bu barədə, oxuculardan birinin QMİ-yə ünvanladığı suala verilən cavabda aydınlıq gətirilib.
Belə ki, oxucu 2014-cü il oktyabrın 25-də övladına toy eləmək istədiyini, bu tarixin məhərrəmliyin başlaması baxımından müvafiq olub-olmayacağını soruşub. Oxucu həmçinin ətrafda olanların fərqli fikirlər bəyan etməsi səbəbindən QMİ-yə müracit etdiyini vurğulayıb.
QMİ fətva şöbəsi isə otyabrın 25-də artıq məhərrəm ayı başlayacağından toyun tarixini dəyişdirməyi məsləhət görüb:
“Əleyküm salam. Allah Sizi və övladınızı xoşbəxt eləsin. Məhərrəm ayının dini matəm ayı olduğunu, eləcə də 25 oktyabr 2014-ci il tarixində artıq matəm ayının başlanacağını nəzərə alaraq toyun tarixinin dəyişdirilməsi məsləhət görülür”.
Bu il oktyabr ayının 25-də məhərrəm ayının və Hicri təqvimlə 1436-cı ilin ilk günüdür. Hər il olduğu kimi bu il də QMİ Qazılar Şurasının məhərrəm ayının başlaması ilə bağlı fətva verməsi gözlənilir.
Xatırladaq ki, İslam peyğəmbəri həzrəti Muhammədin (ƏS) nəvəsi həzrəti Hüseyn (ƏS) 680-ci ildə məhərrəm ayının 10-da 72 silahdaşı ilə birlikdə Kərbəla çölündə faciəvi şəkildə şəhid ediliblər. İslam tarixinin ən qara səhifəsi olan bu hadisədən sonra bir çox müsəlman ölkəsində, həmçinin Azərbaycanda məhərrəm və səfər aylarında toy, nişan və s. bu kimi şadyanalıqlar keçirilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler