» » 700 metr uzunluğunda "Quran" -

700 metr uzunluğunda "Quran" - Fotolar

Bölmə: Din, MARAQLI
700 metr uzunluğunda "Quran" -
Misirli xəttat Saad Məhəmməd 700 metrlik Quran yazıb. Məhəmməd iddia edir ki, bu dünyadakı ən böyük əlyazma şəklindəki Qurandır.

Xalqinfo.az xəbər verir ki, Saad Məhəmməd Quranın əlyazmasına 3-ci il vaxt ayırıb. Müraciət üçün pulu olmadığını deyən müəllif "Ginnesin Rekordlar Kitabı"na düşəcəyinə ümid edir.

Saad Məhəmməd Misirin paytaxtı Qahirənin şimalında yerləşən Belkina qəsəbəsində yaşayır. Məhəmməd islami motivlərlə bəzədiyi Quranı yazmaq üçün heç kimdən pul yardımı almadığını deyir.

Taxta bir qurğunun içərisinə rulon şəklində yerləşdirilən Quran əlyazmasının uzunluğu Nyu-Yorkun simvolu hesab edilən, 381 metr hündürlükdə yerləşən "Empire State Building"dən iki dəfə böyükdür.

Xatırladaq ki, "Ginnesin Rekordlar Kitabı"na görə, dünyanın ən qədim Qurani-Kərimi Özbəkistanda yerləşir. 655-ci ildə yazılan və Xəlifə Hz.Osmana aid olan Quranın cəmi 705 səhifəsi bu günümüzə qədər gəlib çatıb.

2012-ci ildə də Əfqanıstanda 218 səhifəlik bir Quran "Dünyanın ən böyük əlyazma Quranı" kimi tanıdılıb. 2,2 metr uzunluğa malik Quranın çəkisi 500 kq-dır. Quranın hazırlanmasında 21 keçi dərisindən istifadə edilib.

Hazırlanmasına yarım milyon dollar xərclənən Quran üçün Ginnes Rekordlar Kitabına müraciət edilmədiyi qeyd edilir.

Dünyanın ən kiçik Quranı isə Birləşmiş Ərəb Əmirliklərində yerləşir. 5,1 sm eni, 8 sm uzunu olan Quran 550 səhifədən ibarətdir.

700 metr uzunluğunda "Quran" -
700 metr uzunluğunda "Quran" -
700 metr uzunluğunda "Quran" -
700 metr uzunluğunda "Quran" -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler