» » “Artıq arvadınızı dostunuza verin” - Axunddan açıqlama+Video

“Artıq arvadınızı dostunuza verin” - Axunddan açıqlama+Video

Bölmə: Din, BLOK XƏBƏR, MANŞET
“Artıq arvadınızı dostunuza verin” - Axunddan açıqlama+Video
“Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin”.

“Qafqazinfo” A24.az-a istinadən xəbər verir ki, bunu Mingəçevirdə yerləşən Heydər Məscidinin Axundu Hacı Ələmdar çıxış edərkən deyib. O qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kiməsə versin, kimləsə evləndirsin. Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil.

Hacı Ələmdar özü isə açıqlama verərkən qeyd edib ki, əslində həqiqət belədir: “Peyğəmbər Məkkədən Mədinəyə hicrət edəndə mühacirlər çətin vəziyyətdə olublar. Köməkçilərin də bir neçə arvadı olub. Həmin vaxtlar onlar arvadlarını boşayardılar ki, mühacirlərlə evlənsin”.

Axund bildirib ki, kiminsə belə bir sözü deməyə haqqı yoxdur. “İslam dinində belə bir şey olmayıb. Müəyyən qurumlar çıxışın əvvəlindən və axırından bəzi hissələri kəsib belə bir video hazırlayıblar”.

Qeyd edək ki, Azərbaycanda ailə quruluşunda çoxarvadlılıq yoxdur.




www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler