» » Quran erməni dilində

Quran erməni dilində

Bölmə: Din
Quran erməni dilində
Müsəlmanların müqəddəs kitabı Qurani-Kərim erməni dilinə çevrilib.

ANS PRESS-in məlumatına görə, tərcümə Türkiyənin Ankara Universitetinin erməni şöbəsinin aspirantı Yavuz Aydının təşəbbüsü ilə gerçəkləşdirilib. Kitabın redaktoru İstanbulda çıxan “Akos” qəzetinin əlaqələndiricisi Baqrat Estukyandır.

Yavuz Aydın bildirib ki, tərcümənin məqsədi ermənilərə Qurani Kərimin gözəlliyini, kitabda təqdim edilmiş tolerantlığı və sülh çağırışını onların öz dilində təqdim etməkdir. Quran və onun şərhi birlikdə 2500 səhifəlik 10 cilddən ibarətdir.

Lakin bununla belə, erməni millətçiləri kitabın tərcüməsindən çox narahat olublar. Özünü Andranik Ozanyan adlandıran, əslən Xankəndidən olan sosial şəbəkə istifadəçisi buna kəskin etiraz edib və tərcümədə məqsədin ermənilər arasında İslamı yaymağın olduğunu bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler