» » Yaşı 50-dən az olanlara cümə namazı qılmağa icazə verilmir

Yaşı 50-dən az olanlara cümə namazı qılmağa icazə verilmir

Bölmə: Din
Yaşı 50-dən az olanlara cümə namazı qılmağa icazə verilmir

İsrailin hüquq-mühafizə orqanları Əl-Əqsa məscidi ilə bağlı müsəlmanların etirazına səbəb olacaq qərar verib.

ans press-in məlumatına görə, İsrail hüquq-mühafizə orqanlarının verdiyi açıqlamada Qüds şəhərində yerləşən Əl-Əqsa məscidində yaşı 50-dən aşağı olan müsəlmanların cümə namazı qılmasına qadağa qoyulduğu bildirilir.

Səbəb kimi isə yaşı az olan müsəlmanların təhlükəsizlik üçün problem yaratdığı göstərilir. Bu barədə Əl-Əqsa məscidinin müdiri Nacih Bəkirat da faktı təsdiqləyib. Onun sözlərinə görə, İsrail polisi tərəfindən Əl-Əqsa məscidi ətrafında təhlükəsizlik baryeri qurulub və gənclərin məscidə girməsinə icazə verilmir.

Qeyd edək ki, İsrail polisi üç gündür davam edən “Roş a-Şana” bayramı ilə əlaqədar müsəlmanların Əl-Əqsa məscidinə girməsinə yaş həddi qoyub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler