» » Qəbir üstündə ölünün ruhuna Quranı telefonda oxutmaq olarmı?

Qəbir üstündə ölünün ruhuna Quranı telefonda oxutmaq olarmı?

Bölmə: Din
Qəbir üstündə ölünün ruhuna Quranı telefonda oxutmaq olarmı?
Mollaya pul verib Quran oxutdurmaqdansa, Yasin surəsinin oxunuşunu mobil telefona yazıb qəbir üstündə səsləndirmək kimin ağlına gələrdi?

Xalqinfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu məsələ isə ən çox qəbiristanlıqda müştəri gözləyən mollaları narahat edir. Onlar şikayətlənirlər ki, daha əvvəlki kimi qazana bilmirlər.

Bu qeyri-adi iddianı qəbiristanlıq mollası olan Mirfaiq Həsənov irəli sürür. Deyir ki, mollaların xidmətindən istifadə edənlər azalıb. Ölüsünə Quran oxutdurmaq istəyənlər Yasin surəsinin oxunuşunu mobil telefona yazıb, qəbir üstündə səsləndirirlər.

Molla deyir ki, bəziləri Quran oxutdurmağa pul vermir, əvəzində bahalı güllər alıb qəbri bəzəyir. Hansı ki, o güllərin ölüyə heç bir xeyri yoxdur.

Din xadimi Hacı Mirhəmid isə deyir ki, qəbrin üstünə gül düzmək ölü yaxınlarının öz işidir. O ki, qaldı Quranın telefonla oxutdurulmasına, bu, düzgün deyil.

Din xadimi bildirib ki, Quran canlı oxunmalı, sonra isə ölünün ruhuna hədiyyə edilməli, yəni tapşırılmalıdır.

Hacı Mirhəmid bildirir ki, daha yaxşı o olardı ki, hər kəs ölüsü üçün öz dili ilə bildiyi surə və ayələrdən oxuyub, ruhuna hədiyyə etsin.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler