» » Quran hafizləri Moskvada yarışdı-

Quran hafizləri Moskvada yarışdı- Video

Bölmə: Din
Quran hafizləri Moskvada yarışdı-

Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Quran oxuma yarışması keçirilib. Müsəlman ölkəsi sayılmadığı halda Quran oxuma yarışmasına ev sahibliyi edən Rusiya hökuməti bu addımla sadəcə ölkə içindəki 30 milyona yaxın müsəlman əhalinin deyil, həm də bütün İslam dünyasının rəğbətini qazanmağa çalışır.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, bu il 15-ci yubileyini qeyd edən Moskva Beynəlxalq Quran oxuma müsabiqəsi yenə də dünyanın dörd bir yanından ən məşhur Quran hafizlərini bir araya gətirdi. Bu günkü müsabiqənin iştirakçıları sadəcə Quranı əzbərə oxumaq bacarıqlarını deyil, həm də tilavət, yəni gözəl oxuma qabiliyyətlərini nümayiş etdirir.

Rusiya Xarici İşlər Nazirliyi və Müftülər Şurası tərəfindən birlikdə keçirilən Beynəlxalq Quran oxuma yarışmasınında yüzə yaxın hafiz iştirak edirdi. Gərgin mübarizəyə səhnə olan yarışmanın finalına beynəlxalq münsiflər heyətinin daha çox rəğbətini qazanan 6 yarışmacı qaldı. Gərgin keçən finalda Səudiyyə Ərəbistanından Ömər Ənvari adlı yarışmacı ən yaxşı Quran hafizi seçildi.

Tilavətdə, yəni Quranı gözəl oxumaqda isə Bruneydən Məhəmməd bin-Əli birinciliyə layıq görüldü.

Bu ilki yarışmanın xüsusi qonağı isə Səudiyyə Ərəbistanı Krallığından şeyx Saad Əl Hamidi idi.

Kareliya müftisi Visam Əli Bardvil deyir ki, Rusiya müsəlmanları on illərcə Quran oxuma həsrətilə yaşayıblar: “Bu kitabı evlərində gizlincə saxlayıb və oxuyublar. İndi isə Allaha çox şükürlər olsun, hər tərəfdə Quran öyrənmək üçün kurslar açılır. Belə bir yarışmanın Rusiyada keçirilməsi isə əlbətdə ki, Quranın ölkəmizdə daha çox oxunmasına və ona əməl edilməsinə kömək edəcək”.

Beynəlxalq müsabiqənin iştirakçıları arasında bu il də Azərbaycan təmsilçisinin olmaması təəssüf hissi oyadırdı.

Moskva Əhlibeyt Cəmiyyətinin sədri Nizami Baloğlanovun sözlərinə görə, burda qeyri-müsəlman ölkələrindən belə Quran hafizləri iştirak edir: “Ancaq təəssüf ki, 10 milyona yaxın müsəlman əhalisi olan doğma Azərbaycanımız keçən ilki kimi bu il də bu yarışmada yoxdur. Biz istərdik ki, gələcəkdə Azərbaycanın da Quran hafizləri burda iştirak eləsinlər”.

Yarışma qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Bilet satışından əldə edilən gəlirin isə Uşaq Cərrahiyə və Travmotologiya İnstitutuna bağışlanacağı bildirildi.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler