» » Doğrudur ki, zibili evdə saxlamaq ruzinin azalmasına gətirib-çıxarar?

Doğrudur ki, zibili evdə saxlamaq ruzinin azalmasına gətirib-çıxarar?

Bölmə: Din, MARAQLI
Doğrudur ki, zibili evdə saxlamaq ruzinin azalmasına gətirib-çıxarar?
Bunu mütləq olaraq söyləmək olmaz. Ümumiyyətlə, İslam təmizlik və paklıq dinidir.

Xalqinfo.az islam.az-a istinadən bildirir ki, zibili evdə çox saxlamaq gigiyena cəhətdən də ziyandır. Ona görə də zibildən tezliklə azad olmaq məsləhətdir. Zibili evdə saxlamağın ruziyə mənfi təsiri barədə bəzi hədislərdə buyurulub. Əllamə Məclisi "Hilyətül-müttəqin" kitabının "Xatimə" bölümündə İmam Əlidən (ə) rəvayət edir ki, süpürülmüş toz-torpağı atmayıb evin içində saxlamaq, evin divarlarındakı hörümçək torunu dağıtmamaq (yəni divarları təmiz saxlamamaq) ruzini aaldar və kasıblığa səbəb olar. Digər mənbələrdə qab-qacağı yumayıb kirli halda səhərə saxlamaq və gecə evi süpürmək də kasıblıq gətirən səbəblərdən sayılıb. Bir daha qeyd edirik ki, bunlar mütləq deyil və tövsiyə xarakteri daşıyır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler