» » Kənarı qırılmış qabdan istifadə etmək olarmı?

Kənarı qırılmış qabdan istifadə etmək olarmı?

Bölmə: Din, MARAQLI
Kənarı qırılmış qabdan istifadə etmək olarmı?
Çatlamış və ya kənarı qırılmış qablardan istifadə etmək bəyənilmir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Qabın qırıq (çatlaq) tərəfindən su içməyin və suya üfürməyin!. (Muslim).

Həmçinin demişdir: "Ağzı sınıq qablardan su içməyin!" (Buxari və Muslim).
Xalqinfo.az zikr.az-a istinadən bildirir ki, hədis alimləri bu qadağanın qəti surətdə haram deyil, bəyənilməyən bir əməl olduğunu bildirmişlər. Müasir tibb də təsdiqləyir ki, belə qabların sınıq yerlərinə mikrob yığışır və yumaqla təmizlənmir. Ona görə də sınıq və ya çatlaq qablardan istifadə etməmək daha yaxşıdır. Əlavə olaraq, qabın qırıq tərəfindən su içmək insanın dil və dodağına xəsarət yetirə bilər. İsti yeməyə və suya üfürüb onu soyudarkən nəfəslə birlikdə çıxan zərərli maddələr onlara qarışır. Bu həmçinin insanlar arasında ədəb baxımından da bəyənilmir. Peyğəmbər demişdir: "İçərkən içdiyiniz qabın içində nəfəs almayın!" (Buxari).

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler