» » 12 dini icmaya pul ayrılıb

12 dini icmaya pul ayrılıb

Bölmə: Din
12 dini icmaya pul ayrılıb
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Xalqinfo.az-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Dövlət Komitəsinin Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini qeyd edən Dövlət Komitəsi sədrinin birinci müavini S. Salahlı bildirib ki, maliyyə yardımı ayrılmış layihələr İslam həmrəyliyinə həsr olunub. Maliyyə yardımı ayrılan Şamaxı rayonu Məlikçobanlı kəndi “Cümə” məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində”, Salyan şəhəri “Mərkəzi Hacı Tağı” məscidi dini icması “İslam dinində tolerant və multikultural dəyərlər” Tovuz rayon məscidi dini icması “İslam həmrəyliyində məzhəblərarası dialoqun önəmi”, Masallı rayonu Şərəfə kənd məscidi dini icması “İslam həmrəyliyi və vəhdət”, İmişli şəhər məscidi dini icması “Milli-mənəvi dəyərlərimiz və müasirlik”, Şəki rayonu Suçma kənd məscidi dini icması “İslam dinində mövhumata və xurafata yer yoxdur”, Abşeron rayonu Digah qəsəbə məscidi dini icması “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır”, Lerik rayonu Lüləkəran kənd məscidi dini icması “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti”, Bakı şəhəri Pirallahı rayonu "Pirallahı" məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan nümunəsi”, Şabran rayonu Vələsli kənd məscidi dini icması “Azərbaycanda ənənəvi İslam: həmrəyliyə gedən yol”, Zaqatala rayonu Muxax kənd məscidi dini icması “Keçmişdən günümüzə Azərbaycanda İslam həmrəyliyi ənənələri”, Oğuz rayonu Bayan kənd məscidi dini icması “Dini radikalizm İslam həmrəyliyinə və birgəyaşayış ənənəsinə təhdiddir” layihələrini həyata keçirəcəklər.

Qeyd edək ki, prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 180 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 161-i isə İslam dini icmasıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler