» » Dini bayramlar niyə hər il fərqli günlərdə qeyd edilir?

Dini bayramlar niyə hər il fərqli günlərdə qeyd edilir?

Bölmə: Din
Dini bayramlar niyə hər il fərqli günlərdə qeyd edilir?
Oxucu sual verir: Dini bayramlar niyə hər il fərqli günlərdə qeyd edilir?

Miladi təqvim 365 və ya 366 gündən (dörd ildən-bir) ibarətdir. Bu təqvimdə aylar 30 və ya 31 gün olur (fevraldan başqa). Amma hicri-qəməri təqvimdə hər ay ya 29, ya da 30 gündən ibarətdir. Hicri-qəməri ilin uzunluğu da 354 və ya 355 gündür. Beləcə, hər il hicri təqvim miladi təqvimdən 10 ya 11 və ya 12 gün qısa olur.

Dini bayramlar hicri-qəməri təqvimlə hesablandığı üçün onları miladi təqvimlə hesabladıqda hər il müəyyən fərqlər yaranır. Məsələn, bu il Qurban bayramı tutaq ki, iyunun 20-sidirsə, gələn il Qurban bayramı iyunun 8-i ya 9-u ya da 10-u olacaq, növbəti il daha 10-12 gün tez olacaq (tarixlər şərtidir və misal üçün verilib).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler