» » İslam peyğəmbərinin qəbri ilə bağlı daha bir şok-

İslam peyğəmbərinin qəbri ilə bağlı daha bir şok- Foto

Bölmə: Din
İslam peyğəmbərinin qəbri ilə bağlı daha bir şok-
Son günlərdə Məhəmməd (s.ə.s) Peyğəmbərin məzarının köçürüləcəyi ilə bağlı səsləndirilən iddialara yeni biri əlavə edilib.

Axar.az xəbər verir ki, bu dəfə İslam peyğəmbərinin məzarının 5 əsr əvvəl dağıdılmasına cəhd edildiyi iddia edilir.

Qeyd edək ki, son günlər Məhəmməd (s.ə.s.) Peyğəmbərin məzarının adsız bir məkana köçürüləcəyi “The İndependent” qəzeti tərəfindən yayımlanmışdı. İslam alimləri isə buna sərt reaksiya verərək bunun böhtan olduğunu vurğulamışdılar.

Layihəni təqdim etdiyi iddia edilən Dr. Əli bin Əbdüləziz Əl-Sabal da mətbuat konfransında bu xəbəri təkzib edib.

“Habertürk” yazarı Murad Bardaqçı son günlərdə müzakirə edilən bu məsələnin yeni bir məqamını ortaya çıxarıb. Bardaqçı bu layihənin yeni olmadığını və bundan 5 əsr əvvəl də portuqaliyalı admiral Alfonso D'Albuquerquen Hicaz bölgəsinə gələrək Məhəmməd (s.ə.s.) Peyğəmbərin qəbrinə göz dikdiyini, bu cəhdə dövrün padşahı Yavuz Sultan Səlim tərəfindən maneə törədildiyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler