» » Kilsədə və sinaqoqda namaz qılmaq olarmı?

Kilsədə və sinaqoqda namaz qılmaq olarmı?

Bölmə: Din
Kilsədə və sinaqoqda namaz qılmaq olarmı?
Bu məsələ ilə bağlı böyük İslam alimi İbn Teymiyyənin (rahiməhullahu) müxtəsər cavabı var.

Ondan soruşdular: "Şəkil olan sinaqoq və kilsələrdə namaz qılmaq icazəlidirmi və bunları Allahın evləri adlandırmaq olarmı?" O cavabında belə deyir: Bunlar Allahın evləri deyil. Allahın evləri məscidlərdir. Daha doğrusu onlar Allaha qarşı küfr işlənən evlərdir. Orada Allah zikr olunsa belə, evlər sakinlərinin hökmündədir. Onların sakinləri isə qeyri müsəlmandırlar. Bunlar da qeyri müsəlmanların ibadət etdikləri evlərdir".
Xalqinfo.az zikr.az-a istinadən bildirir ki, Ömər ibn əl-Xattab (radıyəllahu anhu) və digər səhabələr (radıyəllahu anhum), İmam Əhməd və digər mötəbər alimlərdən (Allah onlara rəhm etsin) rəvayət olunan rəydə bildirilir ki, əgər kilsədə şəkil (canlıların şəkilləri) varsa orada namaz qılınmır, çünki mələklər şəkil olan evə daxil olmur. İbn Abbasa (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə söylədiyi bildirilir: "Mələklər, içində it və ya şəkil olan evə girməzlər". (əl-Buxari, 4002). Həmçinin, ona görə ki, peyğəmbər (salləhallahu aleyhi və səlləm) yalnız şəkillər silindikdən sonra Kəbəyə daxil oldu.
Həmçinin, bəzi səhabə və onların ardıcılları da büt və şəkil olmayan kilsədə namaz qılmışdırlar. İbni Abbas, Əbu Musa əl-Əşari, Ömər ibni Əbdu-l-Aziz (Allah onlardan razı olsun) kimi şəxslər bunların bir qismidir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler