Bu ölkədə oruc tutmaq qadağan edildiBölmə: Din
200-ə yaxın adamın həlak olduğu təxmin edilir. Xalqinfo.az xəbər verir ki, Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunda məmurlar, şagirdlər və müəllimlərin oruc tutması rəsmi olaraq qadağan edilib. Bölgədəki rəsmi radio stansiyalarından, internet saytlarından elan olunan xəbərdarlıqda "partiya üzvləri, müəllimlər və gənclər Ramazan fəaliyyətlərində iştirak edə bilməz”, - deyə bildirilib. Məlumatlara görə, səlahiyyətlilər insanlar oruc tutmasın deyə gün ərzində pulsuz yemək paylayırlar. Şərqi Türküstan olaraq bilinən Sincan Uyğur Muxtar Rayonunda artan gərginlik və şiddət səbəbiylə il yarım müddətində 200-ə yaxın adamın həlak olduğu təxmin edilir. Pekin rəhbərliyi ölənlərin tək günahkarı kimi radikal islamçı təşkilatları məsul tutur. Xaricdəki insan hüquqları təşkilatı isə uyğurlar üzərində gedərək artan dini və mədəni təzyiqlərin bu cür mənfi hallara gətirib çıxardığını iddia edir. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|