» » “Dövlət heç bir halda din işlərinə müdaxilə etmir” –

“Dövlət heç bir halda din işlərinə müdaxilə etmir” – Komitə sədri

Bölmə: Din, GÜNDƏM
“Dövlət heç bir halda din işlərinə müdaxilə etmir” –
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Meri Kroftsu qəbul edib.

Komitədən Modern.az saytına verilən məlumata görə, görüşdə bildirilib ki, Azərbaycan dünyəvi dövlətdir və dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir.

Azərbaycan əhalisinin 96 faizinin müsəlman, 4 faizinin qeyri-müsəlman olduğunu diqqətə çatdıran M. Qurbanlı qeyd edib ki, sovetlər dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, bu gün ölkədə 2100-dən çox məscid var: “Məscidlərin və digər dini ibadət yerlərinin tikintisi və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib”.

Komitə sədri bildirib ki, şəriət və dinlə bağlı digər məsələləri mərkəzləşmiş qaydada Qafqaz Müsəlmanları İdarəsi həyata keçirir: “Dövlət heç bir halda din işlərinə müdaxilə etmir, amma bununla belə, Azərbaycanda dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman özünü biruzə verir. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir. Eyni zamanda ölkəmizdə radikalizmə qarşı iqtisadi, inzibati və ideoloji müstəvidə mübarizə aparılır və bu sahədə çox mühüm irəliləyiş əldə olunub”.

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıran M. Qurbanlı vurğulayıb ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Dini dözümsüzlüyün, dini ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə dövlət başçısının birbaşa göstərişi ilə inşa olunmuş Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində vəhdət namazlarının qılınması İslam dünyasına bir nümunə, bir çağırışdır.

Səfir Kerol Meri Krofts isə ölkəsi ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq mühitinin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün çalışacağını deyib. Azərbaycanda olduğu müddətdə müxtəlif bölgələrimizə səfər etdiyini bildirən qonaq ölkəmizdəki multikultural və tolerant mühitin şahidi olduğunu qeyd edib. O bildirib ki, bu mühit digər ölkələr üçün örnək olmalıdır.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler