» » Şeyx məktub göndərdi

Şeyx məktub göndərdi

Bölmə: Din, BLOK XƏBƏR
Şeyx məktub göndərdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva metrosunda baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Moskva və Bütün Rusiya Patriarxı Kirilə məktub göndərib.
ans press-in məlumatına görə, Şeyx insan tələfatına görə, dərindən kədərləndiyini ifadə edib:

"Moskva metrosunda baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi dərindən kədərləndirib. Biz də dualarımızı rusiyalılarının dualarına qoşaraq mərhumların ruhlarının şad olmasını, xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşmasını diləyirik.
Müsəlmanlar və şəxsən öz adımdan Zati-müqəddəslərinizə və Sizin simanızda bütün Rusiya xalqına bu matəm günü münasibətilə dərin hüznlə başsağlığı verirəm.
Uca Yaradan mərhumların ruhunu şad etsin!"

Qeyd edək ki, bir neçə gün öncə Moskava metrosunda qəza baş verib. Qatarların reysdən çıxması nəticəsində 23 nəfər ölüb, onlarla insan yaralanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler