» » Azərbaycanda 22 dini qurum ləğv olunub-

Azərbaycanda 22 dini qurum ləğv olunub- ON AYDA

Bölmə: Din, GÜNDƏM
Azərbaycanda 22 dini qurum ləğv olunub-

Lənkəran rayonu Liman şəhər məscidi dini icması (377 nömrəli, 29.06.2000-ci il tarixli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb) təsisçilərinin ümumi yığıncağında 1 nömrəli protokol ilə həmin dini icmanın ləğv olunması barədə qərar qəbul edib.

"Xalqİnfo" xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib. Vaxtı ilə Ədliyyə Nazirliyində qeydiyyata alınmış Liman şəhər dini icmasının ləğvinin səbəbi yeni dini icmanın yaradılmasıdır: “Köhnə dini icmanın ləğvi barədə mətbuatda elan verilib, lakin prosedur hələ başa çatmayıb. Belə ki, dini icma dövlət qeydiyyatından çıxarıldıqdan sonra ləğv edilmiş sayılır”.

Dövlət Komitəsindən onu da bildiriblər ki, 2016-cı il ərzində 22 dini qurum ləğv olunub.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler