» » Bu Quran iplə yazılıb

Bu Quran iplə yazılıb

Bölmə: Din
Bu Quran iplə yazılıb
Dünyanın iplə işlənən ilk Quranı Ginnesin rekorlar kitabına düşəcək. ANS PRESS-in məlumatına görə, müqəddəs kitabı suriyalı Məhamməd Maher Hadri hazırlayıb.

Türkiyənin Başakşəhər bələdiyyəsi tərəfindən nümayişə çıxarılan Qurani Kərimin hazırlanması və cildlənməsi 12 il davam edib. Kitab Ramazan ayı boyunca Sular Vadisində sərgilənəcək.

Məhəmməd Maher Hadri özü ixtisasca dərzidir. Dünyada iplərlə işlənən ilk Qurani Kərim qızılı rəngli xüsusi saplarla parça üzərində həkk edilib.

Onun sözlərinə görə, bu əsəri ortaya çıxarmaq istəyi Hələbdə işlədiyi zamanda ortaya çıxıb, bu işdə ən böyük dəstəkçisi isə həyat yoldaşı olub.

Suriyalı dərzi ölkəsində baş verənlərlə bağlı hər şeyini itirdiyini ancaq bu əl işini xilas edə bildiyini deyib.
din.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler