» » Din xadimindən 4 arvad saxlayan kişiyə

Din xadimindən 4 arvad saxlayan kişiyə ETİRAZ

Bölmə: Din
Din xadimindən 4 arvad saxlayan kişiyə

Azərbaycanda bir kişinin kəbinlə saxladığı 4 arvadı ilə eyni damın altında yaşaması faktı ictimailəşib. Cəmiyyətdə birmənalı qarşılanmayan bu fakt "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına sığınmış həmin arvadlardan biri tərəfindən üzə çıxarılıb. Məlumatı "Təmiz Dünya”ya istinadən "qadinsayti.az" yayıb.


Xalqİnfo.az bildirir ki, Modern.az məsələyə din xadiminin münasibətini öyrənib.


“İlk olaraq onu demək istəyirəm ki, çoxarvadlılıq İslam dininin təşviq etdiyi əməllərdən biri deyil. Bir kişinin bir neçə qadınla nikaha girməsi zamanı münasibətlər pozulursa, bu, yolverilməzdir”.


Bunu Modern.az-a açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, sadəcə, müəyyən şərtlər daxilində çoxarvadlılığa icazə verilib.

“Peyğəmbər zamanında kişilər şəhid olurdu, qadınlar dul qalırdı deyə, bu cür hallar baş verirdi. Daha doğrusu, çoxarvadlılıq xüsusi şərait üçün nəzərdə tutulurdu. Ona görə də İslam dini insanları buna əməl etməyə çağırmır.

Əgər kişi bir neçə qadınla ailə həyatı qurarsa və bu, narazılığa səbəb olarsa, ədalət prinsipləri pozularsa bu, düzgün hal deyil. Qadınların hüquqları tapdalansa, onların bir evdə saxlanılması zamanı ədalətsizliyə yol verilirsə, o zaman bir kişinin bir neçə qadınla eyni evdə yaşaması doğru deyil”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler