» » “Heydər Əliyev bizə İmam Hüseynə oxşamağı öyrətdi...”

“Heydər Əliyev bizə İmam Hüseynə oxşamağı öyrətdi...”

Bölmə: Din, BLOK XƏBƏR, MANŞET
“Heydər Əliyev bizə İmam Hüseynə oxşamağı öyrətdi...”

Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə bu gün Təzə Pir məscidində keçirilən qanvermə aksiyasından sonra jurnalistlərə açıqlama verib.

Xalqinfo.az bildirir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Paşazadə bildirib ki, günü-gündən İslam dininə olan inam artır: “Bu Aşura günündə bütün müsəlmanlara başsağlığı verirəm. Biz şəhidin nə olduğunu gözəl bilirik, bu gün şəhid günüdür. İmam Hüseyn vətən, haqq yolunda şəhid oldu. Bizim də şəhdilərimiz, Qarabağ boyda dərdimiz var. Allah bütün şəhidləri rəhmət eləsin. Amma, bu Aşura günü bizi qırmamalı, əzməməlidir. Biz düşmənə qarşı daha əzəmətli olmalı, birgə mübarizə aparmalıyıq. Şəhidlərimizin qanı yerdə qalmasın deyə Qarabağ torpaqlarının geri qaytarılması barədə bizim fətvamız var. Azərbaycanda Aşura gününə gələnlərin sayının artması inamın artması deməkdir. Sovet dövründə 17 məscid vardısa, bu gün 2 minə yaxın məscid var. Yeni məscidlər də açılacaq. Bu da dövlətimizin, dövlət rəhbərinin dinə olan münasibətidir. Hər cür şərait yaradılıb. İlham Əliyev həzrətlərinə minnətdarıq, bütün şəhidləri, o cümlədən Heydər Əliyev həzrətlərini Allah rəhmət eləsin. Heydər Əliyev rəhbərliyə başlayanda ilk çıxışını Təzə Pir məscidində etdi. Bizə İmam Hüseynə oxşamağı öyrətdi, bu gün də o yolla gedirik”.

Şeyx qeyd edib ki, qan vermək daha çox savabdır: “Bugünkü aksiyada dövlət rəsmiləri ilə yanaşı ilk dəfə olaraq Dağ Yəhudiləri İcmasının rəhbəri də qan verir. Bəzi adamlar bu məsələlərdən sui-istifadə edirlər. Biz qərar verdik ki, mərasimlər küçələrdə yox, yalnız məscidlərdə keçirilsin, belə də oldu. Bütün sünnilərin böyüyü, müfti Salman Musayev bu gün bizimlə birlikdə qan verdi. Digər yerlərdə də sünnilərlə şiələr birlikdə bu aksiyada iştirak edir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler