» » Bəzi alimlər niyə Allaha inanmırlar?

Bəzi alimlər niyə Allaha inanmırlar?

Bölmə: Din
Bəzi alimlər niyə Allaha inanmırlar?
(DİN VƏ ELM: RƏQABƏTDƏN ƏMƏKDAŞLIĞA)

(Əvvəli bu linkdə: http://xalqinfo.az/din/26532-bezi-alimler-niye-allaha-inanmir.html)

Elmin reallıqla bağlanması Dekartın “təcrübə həqiqətin meyarıdır”, İ.Kantın “Bizim bütün biliklərimiz təcrübədən başlayır” mühakimələri ilə bir daha təsdiq olunmuşdur. Hər iki ideya ilk baxışdan belə bir qənaət yaradır ki, təcrübəyə daxil olmayan heç bir idrak obyekti özündə bilik təqdim edə bilməz və başlanğıcı təcrübədə olmayan bilik həqiqi bilik ola bilməz. Amma hər iki fikrə bir az dərindən yanaşıldıqda, tamamilə başqa nəticələr alınır.

“Təcrübə həqiqətin meyarıdır” fikri o mənada doğrudur ki, həqiqətin nisbiləşməsi – entropiyaya məruz qalması təcrübədə baş verdiyindən, həqiqət təcrübəyə uyğun dərəclənir - nisbiləşir. Buradan aydın olur ki, bütün təcrübi biliklər nisbidir. Yəni doğrudur, amma dəqiq deyil. Başqa sözlə, şübhəsizdir – düzdür, amma yəqin deyil. Və ya yəqindir, amma düz deyil. Qurani-Kərimdə bəyan edilən biliklər isə “həqiqət və şübhəsizdir”, yəni təcrübədən asılı olmadığından mütləqdir - həm yəqindir, həm də düzdür. Allah-təala Özünü Qurani-Kərimdə məaric - dərəcələyən adlandırır. Fəlsəfə də həqiqətin cari, xüsusu, ümumi, ən ümumi və mütləq olmaqla beş dərəcəyə ayrıldığını sübut edir. Ümumi həqiqət bir-birinə əks iki cür - bəzi ümumi həqiqətə, ən ümumi həqiqət iki müxtəlif ən ümumi həqiqətdən təşkil olunduğundan, məlum olur ki, həqiqət 5 səviyyədə 7 cür dərəcələnir. Əgər Allah-təala məaricdirsə, onda Onun Öz biliyi məaricə məruz qala bilməz. Məhz Allahın məaric olmasına görə, həm idrak obyektlərinin həqiqətləri, həm də həqiqətin idrakı dərəcələnir ki, bu da nisbi həqiqətləri təşkil edir. Buradan aydın olur ki, din mütləq həqiqət haqqında bilgi verdiyindən təcrübə dini bilgilərin meyarı ola bilməz.

İ.Kantın “Bizim bütün biliklərimiz təcrübədən başlayır” fikri “idrak obyektlərinin qurulması -formalaşması təcrübədə qurtarır” kimi də ifadə etmək olar. Yəni təcrübə - yaradılışın başa çatması idrakın başlanmasının vəhdətindən ibarətdir. Əgər təcrübədə təbiət başa çatır, idrak başlayırsa, onda belə bir sual meydana çıxır. Təbiət - idrak obyektlərinin qurulması hardan başlayır, idrak harda başa çatır? İ.Kantın transendental fəlsəfəsi məhz bu məsələyə - idrakın sonu, təbiətin başlanğıcına - həsr olunub. Əgər doğrudan da İ.Kantın dediyi kimi həqiqətin başa çatması onun idrakının başlanğıcı ilə vəhdət təşkil edirsə, məntiqnən idrakın sonu ilə təbiətin başlanğıcı da vəhdət təşkil etməlidir. Buradan da, Kantın aprior həqiqətlər haqqında ideyaları meydana çıxmışdır. Aprior bilik - həqiqətin başlanması ilə bağlı bilgilərin idrakın sərhədlərindən kənarda - idrakın sonundan əldə edilməsinə işarə edir. Transendental fəlsəfə idrakın sərhədlərindən kənarda, başlanğıc haqqında bilgiləri öyrənmək haqqında təlim kimi meydana çıxır. Buradan məlum olur ki, elm idrak çərçivəsində və təbiətin qurulmasının başa çatmasından bilik əldə etdiyindən, təbiətin başlanması və idrakın başa çatmasından sonrakı bilgiləri təsdiq etmək imkanına malik deyil. Təcrübə emanasiya - həqiqətin pisləşməsi - nisbiləşməsi prosesi ilə təkamül -formanın kamilləşməsi - həqiqətin absurdlaşması prosesinin vəhdətindən meydana çıxır. Buradan aydın olur ki, təcrübədə ən kamil idrak obyektində ən pis - nisbi həqiqət idrak olunur. Emprik elmlər idrak obyektindən - bu dünyanı təşkil edən son kamillikdə olan şeylərdən idraka başladığından elmi biliklər özlərində ən nisbi bilikləri, dini biliklər təcrübədən kənar – təkamül və emanasiya prosesləri başlamamışdan olan həqiqətləri bəyan etdiyindən, ən mükəmməl mütləq həqiqəti bəyan edir.

Mark Visenti elmlə dinin fərqliliyi haqqında yazır: “Elm ali güclərin fəaliyyətinin nəticələrini araşdırır… Elm və din bir-birindən o qədər də uzaq deyil. Bu, bir və eyni şeyi aydınlaşdırmaq istəyən fərqli sahələrdir”. Əgər elm ali güclərin fəaliyyətinin nəticələrini araşdırırsa, onda aydın olur ki, din elmin araşdırdıqlarının ali səbəbləri haqqında bilik verir. Qurani-Kərimdə insanın səbəb-nəticə sahibi kimi yaradıldığı bəyan edilmişdir. Bu, o deməkdir ki, insanların malik ola biləcəyə ən mükəmməl bilik nə ayrıca səbəb, nə ayrıca nəticə haqqında yox, məhz səbəb-nəticə əlaqəsindən aşkarlanan biliklər ola bilər ki, bu da hikmət adlanır. Buradan da həqiqi bilginin səbəb-nəticə əlaqəsinə uyğun dinlə, elmin birgə fəaliyyəti ilə əldə edilə biləcəyi aydın olur. Elə bir əqli elm yoxdur ki, o səbəblər haqqında tədqiqat aparsın. Elmi metod ona görə təcrübə ilə şərtlənmişdir ki, həqiqətin yoxlanması təcrübədən mümkündür. Yəni elmlər təcrübə yoxlamaqla aşkarlanmış biliyin doğru və yalan olduğunu təsdiq edirlər. Biliyin hər bir dərəcəsinin özünə xas yoxlama üsulu vardır, hansı ki, konkret suallandırma tələb edir. Elm “düzdür və ya səhvdir” sualına, nəzəriyyə “mümkündür və ya mümkün deyildir” sualına, fəlsəfə “ideya sistem yaradır, ya yox” sualına, din biliyin “bəyan edilir, ya edilmir” sualına cavab verir. Buradan aydın olur ki, dində bəyan edilən bütün bilgilər doğru, bəyan edilməyənlər yalandır. Elmdə təcrübədə yoxlanmaqla təsdiq olunan bilgilər düz, yoxlanması mümkün olmayan bilgilər yalandır. Qurani-Kərimin “Ali-İmran”surəsinin 66-cı ayəsində bəyan edilir: “Budur, siz ki, elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz, bəs nə üçün bir-birinizlə elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz”. Məlumdur ki, alimlər bilinməsi mümkün olan -bilinən və ya məlum şeylər ətrafında mübahisə edirlər. Ona görə də hər hansı sahə elmi bilavasitə öz predmeti ilə bağlı mübahisə edir. Heç bir elm Allahın varlığını və ya digər bilinməyən - məlum olmayanları tədqiqat predmeti seçmədiyinə, seçə bilmədiyinə baxmayaraq, alimlər Allahın varlığı haqqında mübahisə edirlər ki, “Ali İmran” surəsində də bu cür mübahisə predmestsiz mübahisə olduğundan, absurd hesab edilir. Buradan aydın olur ki, alimlərin Allahın varlığını dünyəvi elm əsasında inkar etmələri absurddur.

Beləliklə, aydın olur ki, əqli elmlər dəlillərlə - ali güclərin fəaliyyətinin nəticəsi kimi təzahür edən, insanın özü və Kainatla məşğul olur, onların həqiqətlərini aşkarlayır, dini elm - həmin nəticələrin bilgisi əsasında onların səbəbləri haqqında biliyin doğruluğunu sübut edir. Müasir Qərb alimləri indi-indi bunu anlamağa başlamışlar.

Xristianlığın islamdan fərqli olaraq elmi inkar etməsi və alimləri təqib etməsi, təsir-əks təsir qanununa uyğun, alimlərin ruhaniləri, elmin dini inkar etməsi ilə nəticlənmişdir. Bu cür qarşıdurma vəziyyətində din xadimləri dünyəvi elmləri, elm nümayəndələri ilahi elmləri öyrənməkdən imtina etmiş, nəticədə bir və eyni həqiqəti müxtəlif səviyyədən öyrədən bu iki sahə və həmin sahənin nümayəndələri arasında ziddiyyət yaratmışdır və bu ziddiyət artıq dinin tənəzzülünə və elmin humanistsizləşməsinə - şeytani elmin yaranmasına səbəb olmaqdadır.

Şeytani elm - mənfəttli, amma faydasız istənilən bilikdən ibarətdir. Buradan belə bir sual meydana çıxır. Elmlə dinin fərqi nədən ibarətdir, nə üçün bir və eyni şeyi öyrədən bu iki sahə zahirən bir-birini inkar edir?

Dinlə elmin ziddiyyətinin həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Bura aşağıdakılar aiddir:

Dünyəvi elmin tədqiq olunan ölçülük sistemi ilə şərtlənməsi: Məlumdur ki, təbiət qanunları yalnız bəlli ölçü sistemlərinə münasibətdə doğrudur. Məsələn, Nyutonun kəşf etdiyi mexanikanın qızıl qanunları makrofizikada doğru, mikrofizikada -kvant fizikasında yanlışdır. Eynişteynin nisbilik nəzəriyyəsi də məhz bunu sübut etmişdir. Belə ki, bilindiyi kimi, makrokosmosda kosmik sürət daxilində təcil dəyişkən, kütlə və forma sabit, kosmik sürətdən böyük sürətdə - işıq sürətində hərəkət zamanı əksinə, təcil sabit, kütlə və forma dəyişkəndir. Buradan da invariant sürətdə Nyuton qanunlarının heç biri özünü doğrultmur. Əslində, fizikada da nəzəri bilik kimi təsdiq olunanlar biologiya və sosiologiyada emprik bilik kimi təsdiq olunur. Məsələn, canlıların embrion mərhələsində tabe olduqları qanunlarla döl mərhələsindəki və doğuşdan sonrakı mərhələdə tabe olduğu qanunlar uyğunluq təşkil etmir, belə ki, embrionda inkşafın tempi astronomik
Bəzi alimlər niyə Allaha inanmırlar?
həddə olsa da, formalaşma və artım meydana çıxmır, amma döldə inkişafın sürəti min dəfələrlə azalmasına baxmayaraq, formalaşma və artım nəhəng ölçülərdə baş verir. Və yaxud mikroorqanizmlər makroorqanizmlərdən fərqli olaraq yalnız bir bioloji hərəkətliliyə - çoxalma hərəkətinə malikdirlər. Mikroorqanizmlərdə böyümə və artma hərəkətləri istisna olunur. Eləcə də insanın fiziki inkisafı ilə zehni inkişafı ayrı-ayrı ölçü sistemlərində baş verdiyindən, onların tabe olduqları qanunlar da bir-birindən fərqlənir. Buna görə sosiologiya ilə təbiətşünaslığın aşkarladığı qanunlar faktiki fərqlilik təşkil edir. Qurani-Kərimdə Allah-təala həm sərt təbiət, həm də möhkəm şəriət qanunlarının sahibi elan olunmuşdur. Bu da ilahi bilginin materiya və ruha xas bilgiləri vəhdətdə özündə ifadə etdyini göstərir. Buna görə, ayrıca təbiət elmlərinin və ya sosiologiyanın aşkarladığı həqiqətlərdən dinə yanaşdıqda, dini biliyin anlanılmasında çətinlik yaranır.
Biliyin konkret ölçülük sistemi ilə şərtlənməsini nəzərə almayan alimlər axirət haqqında bilglərin doğruluğunu bu dünyanın qanunları əsasında inkar edirlər.
Dünyəvi elmin idrak ölçülüyündən, məntiq üsulundan asılılığı:
İdrak obyektləri ölçülük sisteminə tabe olduğundan, onları dərk edən idrak da konkret ölçülüyə tabe olur ki, buradan da məntiq meydana çıxır. Məntiq idrakın ölçülüyüdür. Buna görə də hər hansı bir sistemə aid obyektin idrakı idrakının ölçülüyünün - məntiq üsulunun düzgün seçilməsini tələb edir. Buradan da, təcrübi bilikləri ardıcıllıq məntiqi ilə öyrənən elmlə müxtləf məntiqi üsullarla təcrübədən əvvəlki, təcrübədən sonrakı və onların hər ikisinin təcrübə ilə əlaqəsi haqqında bilgi verən dini həqiqətlər elminin şüurla idrak olunmasının mümkün olmadığı sübut olunur. Din, elmdən fərqli olaraq, çoxməntiqli biliklər verir və biliyin məntiq üsulu biliyin forması ilə şərtləndirilir. Buna görə Qurani-Kərimdə ilahi elm-hikmətli məntiq adlanır, halbuki elmi nəticələr məntiqli biliklərdən ibarətdir. Qurani-Kərimdə axirət aləmi ilə bağlı bilgilər bir məntiqlə, bu dünya haqqında bilgilər başqa bir məntiqlə, axirətdən dünyaya və əksinə keçid üçüncü bir məntiqlə bəyan edilir. Buradan aydın olur ki, Quranı hər hansı bir məntiq üsulu ilə idrak etdikdə onun bilgilərinin böyük çoxunluğu inkar olunur. Beləliklə, ilahi elmi mənimsəmək həqiqətin dərəcələnməsinə uyğun olaraq, yeddi cür məntiq üsulundan yerinə görə istifadə etməyi tələb edir. Buna görə də, elmi metodla dini elmləri idrak etdikdə yeddidə bir (1/7) ilahi həqiqət təsdiq olunur, yeddidə altı (6/7) həqiqət inkar olunur. İnkar olunan çoxunluq təşkil etdiyindən, ümumiyyətlə dini biliklərin doğruluğu şübhə altına düşür.

Nə üçün dində elm ücün saxlanan nəhəng elmi potensial elm tərəfindən bu günədək aşkarlanmamışdır? Məlumdur ki, müasir Qərb elmi Aristotelin ardıcıllıq məntiqi əsasında formalaşmışdır. Ardıcıllıq məntiqinin bir çox qüsurları vardır. Bunlardan ən mühümü həqiqətin idrakında alternativliyi - paralel inkişafın (paralel həqiqətlərin) mümkünlüyünü istisna etməsidir. Yalnız son zamanlar Qərbin ən qabaqcıl alimləri “paralel kosmoslar” haqqında düşünməyə başlamışlar. İnkişafın alternativliyinin inkarı, yalnız reallaşmış alternativin həqiqət kimi qəbul edilməsinə gətirib çıxarmış, digər reallaşmamış alternativlər isə həqiqət olmalarına baxmayaraq, inkar edilmişdir. Halbuki sinergetika elmi sübut edir ki, mürəkkəb sistemlərdə inkişaf alternativlidir. Alternativlik paralel həqiqətlər deməkdir. Bu cür həqiqətləri yalnız paralel məntiqlə idrak etmək olar. Buradan da mürəkkəb sistem olan Kainatın və insanın özünü Aristotelin ardıcıl məntiqi ilə öyrənməsi həqiqətin alternativlərini avtomatik olaraq inkar etməyə səbəb olmuşdur. Məhz buna görə materiyada alternativ inkişaf yolu olan Ruh haqqında bilgilər ardıcıllıq məntiqi ilə inkar, amma paralel məntiqlə təsdiq olunur.

Bu qüsur ən çox tarix elmi ilə bağlıdır. Tarix elmi insanlığın təkamülünün imkanını yox, insanlığın reallaşmış təkamül yolunu - mümkün təkamülü öyrənir, hansı ki, zərurətdən əlavə, xeyli həcmdə təsadüflərdən meydana çıxır. Buna görə də bir çox mütəfəkkir tarixi elm kimi qəbul etmir. Bunun əksinə, din insanlığın inkişaf alternativlərinin hamısını bilikdə bəyan edərək, həqiqi tarixin -insanlığın təkamülünün həqiqi biliyini – təsadüflərdən asili olmayan xalis zərurətə görə baş verən, buna görə də reallaşmamış insanlıq yolu haqqında bilgiləri dərk etməyə yardımçı olur.

Dünyəvi elmin alimin məqsədi ilə şərtlənməsi

(Ardı var)

Əlaqə üçün E-mail: Xalqİnfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler