» » Ramazanla bağlı fətva verildi

Ramazanla bağlı fətva verildi

Bölmə: Din, BLOK XƏBƏR
Ramazanla bağlı fətva verildi
Qafqaz Müəlmanları İdarəsində Qazilər Şurasının QMİ Elmi Təqiqat Şurası və İdarənin səlahiyyətli nümayəndələri ilə birgə iclası keçirlib. ANS PRESS-in məlumatına görə, QMİ Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə fətva verilib.

Fətvada dünya müəlmanlarının “On bir ayın sultanı” adlandırdığı mübarək Ramazan ayının başlanması münasibəti ilə müsəlmanları təbrik edən QMİ Qazılar Şurası Ramazani Şərifin fəzilət və önəmi, bu ayda əməl olunması vacib və bəyənilən olan əməllərlə bağlı tövsiyyələrini xalqa çatdırıb, Allah-Təaladdan ibadət və dularının qəbul olunmasını diləyib.

Fətvada xüsusi vurğulanıb ki, hər il olduğu kimi bu ildə QMİ AMEA Şamaxı Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfiqinə uyğun olaraq ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən mçüstəsna təqvimi və yaddaş kitabçasınını təqdim edib.

Qeyd olunub ki, bu ilki hesablamalara görə, miladi təqvimlə 29 iyun 2014-cü il Ramazan ayın birinci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir. Bildirilib ki, şəvval ayı hilalının görünməsindən aslı olaraq Eydul-Fitr- Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaq.

Mənəvi birliyimizə xidmət edən qaydalara və möcud təqvimə riayət etməyi dinadarlarımıza työvsiyyə edən QMİ Qazılar Şurası, bölgələrdəki qaılar,səlahiyyətli nümayəndələr, imam və axundlar tərəfindən bu məqamların icraatının vacib olduğu bildilrilib.Xüsusi qeyd olunub ki.təqdim olunan təqvim bilavasitə Azərbaycan üfiqinə müvafiq olan. Dini və elmi baxımından vəhdət təşkil edən bir vasitədir. Bəzi xarici dövlətlər və yerli nəşriyyatlar tərəfindən izinsiz və istinadsız çap olunan təqvimlər isə dinadarlara yalnış məlumay verir, məhzəblər, təriqətlər arasında ixtilafa səbəb olur.

QMİ Qazılar şurası belə təxribat xarakterli çap məhsullarının dövriyyədən çıxarılmasını tələb edib və dindarlara məsləhət görüb ki, yalnız QMİ və AMEA Şamaxı Astorfizika Rsədxanasının birgə hazırladığı təqvimdən istifadə etsinlər.

Qazılar Şurası din xadimlərinin nəzərinə onu da çatdırıb ki, orucluqda iftardan öncə ehsan süfrələrində iştirak etməkdən qəti şəkildə çəkinsinlər.

Xüsusi vurğulanıb ki, bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbir görüləcək. Həçinin əhaliyə müraciət edilib ki, QMİ-nin rəsmi din xadimlərinin ifatradan öncə ehsan mərasimlərində iştirak halları ilə rastlaşacaqları təqdirdə QMİ-ə məlumat verilsin.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler