» » XIZI MƏSCİDLƏRİ-Vüsal Hicranoğlu

XIZI MƏSCİDLƏRİ-Vüsal Hicranoğlu

Bölmə: Din, Köşə
XIZI MƏSCİDLƏRİ-Vüsal Hicranoğlu


XIZI MƏSCİDLƏRİ
XIZI KƏND MƏSCİDİ
Tarixdən 1883-cü ildə Məşədi İbrahim oğlu tərəfindən Xızıda yeni bir məscidin inşa edilməsi məlumdur.
Məscid köhnə Xızı ərazisində inşa edilmişdir.Sovet hakimiyyəti dövründə məsciddən anbar kimi istifadə olunub.Tıxlı kənd sakini Bayram Babayevin dediklərindən : " XX əsrin 60-cı illərində məscidin yenidən inşa edilməsi üçün kənd camaatı öz aralarında vəsait toplamağa başladı.Hər kəs öz imkanı daxilində köməklik edirdi.Hətta fasilələrlə tikinti işləri də aparıldı.Çox təəssüflər olsun ki,sonda bu iş yarımçıq qaldı."
Həmin məscidin qalıqları indi də köhnə Xızı ərazisində qalmaqdadır.

TIXLI KƏND MƏSCİDİ
Tıxlı kənd sakini Bayram Babayev söyləyir ki,yaşlı insanlardan eşitdiyimə görə Tıxlıda məscid hələ 1711-ci ildən mövcud olub. Yeni məscidin inşasına isə 1991-ci ildə başlanılıb və bu məscidin tikintisində köhnə (1711-ci ildə inşa olunan məscidin) daşlarından istifadə edilib.
Bayram kişi deyir: :"Yeni məscidin bünövrəsini 1991-ci ildə qoyduq. Köhnə məscidin divarları yenisinin içərisində qalmışdı.Divarlar söküldükcə bu divarlardan çıxan daşlarla Hacıbaba Babayev yeni məscidi inşa edirdi.Təbii, köhnə məscidin daşları tikintini başa çatdırmağa kifayət etmədi,lazımi qədər çaylaq daşı əlavə etdik".
Tıxlı məscidinin iç sahəsi 119 kv.metr (17m x 7m),hündürlüyü 4,5 metr, günbəzli hissənin hündürlüyü isə 7 metrə çatır. Həyətyanı sahəsi 8 sotdur. Dam hissə isə panel piltə, panel piltənin üzərindən şebel beton,
Şebel betonun üzərindən isə tol əlavə edilməklə örtülüb.

ƏMBİZLƏR KƏND MƏSCİDİ
Əmbizlər kənd məscidi çox maraqlı bir üslubda tikilib. Belə ki, bu məsciddə 5 tir (pənc əhliəba-Məhəmməd peyğəmbər,Əli, Həsən, Hüseyn və Fatimənin şərəfinə) , 12 sütun ( 12 imamın şərəfinə),
tavan hissədə 72 yonulmuş şalban ( 72 şühədanın şərəfinə) mövcuddur. Sütunlardan ikisi sonradan çürüdüyünə görə dəmir sütunlarla əvəzlənib. Düzbucaqlı formada olan Əmbizlər kənd məscidinin iç sahəsi 165 kv.metr ( 7,5m x 22 m), həyətyanı sahəsi 500 kv.metr, minarəsinin hündürlüyü isə 10 metrdir. Sadə interyerə malik məscidin damı dəmir təbəqə ilə örtülüb. Döşəməsi gil-torpaq olan məscidin divarları sal daşlardan hörülüb və qum-sement məhlulu ilə suvanıb. Qadınlar və kişilər şöbəsinə ayrılan məsciddə hər şöbənin ayrıca qapısı var. Ön hissədə eyvan yerləşir. Eyvanda 7 pəncərə və bu pəncərələr arasında 7 dəfə Allah sözü yazılıb.
Hacı Camullanın rəhbərliyi altında məscidin həyətinə 3 km aralıqda yerləşən bulaqdan su çəkilib.

ALTIAĞAC QƏSƏBƏ MƏSCİDİ
Altıağac qəsəbə məscidi 1993-cü ildə inşa edilmişdir. Düzbucaqlı formaya malik olan məscidin iç sahəsi 88 kv.metrdir (11m x 8m). Divarları çaylaq daşı ilə hörülmüşdür. İki giriş qapısı və on ədəd pəncərəsi var.
Dam hissə şiferlə örtülərək üstündə aypara rəmzi qoyulmuşdur.

TUDAR KƏND MƏSCİDİ
Tudar kənd məscidinin hündürlüyü 4 metr, iç sahəsi isə 133 kv.metrdir .(19m x 7m) Məscid çaylaq daşından tikilib.Dəmirdən olan minarəsinin hündürlüyü 10 metrdir.Fasad hissə ağ boyanaraq,damı qırla örtülmüşdür.
Məscidin həyətində su quyusu mövcuddur.

GİLƏZİ QƏSƏBƏ MƏSCİDİ
Giləzi qəsəbə məscidinin sahəsi 1500 kv.metr, iç sahəsi 92 kv.metrdir.(23m x 4m) Düzbucaqlı formadadır və mişar daşından tikilib.Damı şiferlə örtülüb.Məscidin minarəsi dəmirdəndir və şərəfəsi bişmiş kərpiclə işlənmişdir.Minarənin üstündə dəmirdən ay və səkkizguşəli ulduz rəmzi qoyulub.İki qapısı və altı pəncərəsi var.Məscidin arxa hissəsində qəsəbə qəbristanlığı yerləşir.

MƏŞƏDİHƏSƏN KƏND MƏSCİDİ
Məşədihəsən kənd məscidinin həyətyanı sahəsi 2000 kv.metr,iç sahəsi isə 400 kv.metrdir.Məscid iki mərtəbədən ibarətdir və mərmərlə üzlənmişdir.Döşəməsi taxtadandır.Minarəsinin hündürlüyü 26 metrdir.Məscid Məşədi Həsənin nəvəsi Hacı Elmanın vəsaiti hesabına tikilmişdir.

TÜRKOBA KƏND MƏSCİDİ
Türkoba kənd məscidinin bünövrəsi 1989-cu ildə qoyulmuşdur.Qeyd edək ki,bu tikili əvvəlcə ev olub.Lakin sonradan dəyişdirilərək məscid kimi istifadəyə verilmişdir.Həyətyanı sahəsi 1200 kv.metr,
əsas ibadət zalının sahəsi isə 28 kv.metrdir.(7m x 4 m) Düzbucaqlı formadadır və mişar daşından tikilmişdir. Əsas giriş qapısından içəri dəhliz yerləşib.Məscidin döşəməsi linolium,tavanı isə beton piltədəndir.Əsas ibadət zalında bir qapı və iki pəncərə var.Divarlar içəridən qum-sement məhlulu ilə suvanıb və divar kağızı ilə üzlənib.

ŞURABAD KƏND MƏSCİDİ
Şurabad kəndində yerləşən bu məscidin tarixi dəqiq məlum deyil.Sovet hakimiyyəti dövründə ,dəqiq desək,1937-ci ildən 1989-cu ilə kimi bu məscid anbar və dəyirman kimi istifadə olunub.Xeyriyyəçi Nəcəf Quliyevin təşəbbüsü ilə 1989-cu ildə məscidin tikintisinə yenidən başlanılıb.Hazırkı məscid yonulmuş sal daşlardan tikilərək dam hissəsi dəmir təbəqə ilə örtülüb.Minarəsinin hündürlüyü 22,5 metrdir.
Müəllif:
Gənc tarixçi Vüsal Hicranoğlu
Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler