Bayram namazının vaxtı açıqlanıbXalqinfo.az bildirir ki , Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya bildirilib ki, bayram namazı İdarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacaq. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həmin gün Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası bu ilki Ramazan ayı ilə bağlı fətvasında müsəlmanlar üçün bu müqəddəs ayın 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. Fətvada Eydül-Fitr - Ramazan bayramının Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir. Kainat Şirin Xalqinfo.az |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|