» » Göyçayda 600 nəfər üçün iftar süfrələri açılıb (FOTOLAR)

Göyçayda 600 nəfər üçün iftar süfrələri açılıb (FOTOLAR)

Bölmə: Din, MANŞET
Göyçayda 600 nəfər üçün iftar süfrələri açılıb (FOTOLAR)Göyçayda rayon icra hakimiyyətinin təşəbbüsü ilə iftar süfrəsi açılıb. Məclisdə 350 oruc tutan şəxs iştirak edib.

Xalqinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, xeyriyyə tədbirində dindarlarla yanaşı, imkansız şəxslər, qocalar, şəhid ailələrinin üzvləri, veteranlar, məcburi köçkünlər, kimsəsizlər də iştirak ediblər. Tədbirdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.

Həmçinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə növbəti xeyriyyə tədbiri Göyçay şəhərində, Qaraman və Ləkçiplaq kəndlərində keçirilib. Məscidlərdə təşkil edilən iftar məclislərində 250 nəfər oruc tutan şəxs iştirak edib. İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb, şəhidlərimizin ruhuna dualar oxunub. Növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsi arzulanıb.

Ramazan bayramınadək Göyçay şəhərində və kəndlərdə mövcud olan digər məscidlərdə də iftar süfrələri açılacaq.
Göyçayda 600 nəfər üçün iftar süfrələri açılıb (FOTOLAR)
Göyçayda 600 nəfər üçün iftar süfrələri açılıb (FOTOLAR)





































Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler