» » Bu il Həcc ziyarəti ilə bağlı yenilik - Elektron qolbaq

Bu il Həcc ziyarəti ilə bağlı yenilik - Elektron qolbaq

Bölmə: Din, BLOK XƏBƏR
Bu il Həcc ziyarəti ilə bağlı yenilik - Elektron qolbaqSəudiyyə Ərəbistanı hökuməti Həcc mərasimini yerinə yetirmək üçün bu il Məkkə şəhərinə gələnləri elektron qolbaqla təchiz edəcək.

Xalqinfo.az AZƏRTAC-ın Interfax informasiya agentliyinə istinadən verdiyi məlumata əsasən xəbər verir ki, elektron qolbaq ehtiyac yarandıqda zəvvarların tanınması üçün sahibinin şəxsi və tibbi informasiyasını daşıyacaq. Qolbaqlar, həmçinin namaz vaxtları barədə məlumat verəcək və ərəb dilini bilməyən zəvvarlara oriyentir tapmaqda kömək edəcək.

Bununla yanaşı, zəvvarların toplandığı yerlərə 1000-dən çox kamera quraşdırılıb.

Qeyd edək ki, ölkə hökuməti keçən il Məkkədə basırıq nəticəsində 750-dən çox zəvvarın həyatını itirdiyi və 1000-dək insanın yaralandığı faciədən sonra təhlükəsizliyin təmin olunması istiqamətində vacib addımlar atır.




Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler