» » Xamneyinin xələfi barədə

Xamneyinin xələfi barədə arzusunu

Bölmə: Din, BLOK XƏBƏR
Xamneyinin xələfi barədə İranın dini lideri Əli Xamneyi onun yerinə “inqilabçı bir lider”in seçilməsini istəyib.

Xalqinfo.az Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata əsasən bildirir ki , dinin lider bu barədə Ekpsertlər Şurasının üzvləri ilə görüşdə bildirib.

Əli Xamneyinin sözlərinə görə, İran iqtisadiyyatı Qərb nümayəndə heyətlərinin səfərlərindən fayda əldə edə bilməyib. O, Qərb ölkələrini İrana verdikləri sözləri yerinə yetirməməkdə ittiham edib.

“Nümayəndə heyətlərinin səfərlərindən hələ konkret fayda görməmişik. Kağız üzərində qalan sözlərin heç bir dəyəri yoxdur”, - dini lider deyib.

Qeyd edək ki, fevralın 26-da İranda Ekspertlər Şurasına seçkilər keçirilib. Seçkilərdə islahatçılar parlaq qələbə qazanaraq Ekspertlər Şurasında üstünlüyü ələ keçiriblər.

Ekspertlər Şurası İranın əhəmiyyətli hakimiyyət orqanlarından biridir. Quruma İranın hər vilayətindən 1 nəfər ruhani seçilir. Şura 82 nəfərdən ibarətdir və əsas funksiyası İran İslam Respublikasının ali dini liderini seçmək, vəzifədən kənarlaşdırmaq və fəaliyyətinə nəzarət etməkdən ibarətdir.

İranda mühafizəkar qanada yaxınlığı ilə tanınanƏli Xamneyi 1981-1989-cu illərdə prezident olub, 1989-cu ildə isə dini lider seçilib.



Kainat Şirin


Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler