» » Dini radikalizmin təzahür formaları nədir?

Dini radikalizmin təzahür formaları nədir?

Bölmə: Din
Dini radikalizmin təzahür formaları nədir?
Bərdə rayonunda “Dini radikalizm və onun təzahür formaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Dini Qurumlala İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində yanvarın 6-da Uğurbəyli kəndində “Dini radikalizm və onun təzahür formaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri Səbuhi Hacıyev, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə, eyni zamanda, Bərdə rayon Lənbəran kəndi “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının üzvü Şahbaz Novruzov, Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının üzvü Yelmar Məmmədov, din xadimləri Şahin Bəbişov və Rəhim Əliyev də çıxış edərək mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler