» » ”Həcc ziyarəti qaydaları dəyişiləcək” -

”Həcc ziyarəti qaydaları dəyişiləcək” - QMİ-dən açıqlama

Bölmə: Din, BLOK XƏBƏR
”Həcc ziyarəti qaydaları dəyişiləcək” -

Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi zəvvarların yerləşdirilməsi və həcc ziyarətinə gedən müsəlmanlara xidmət göstərən şirkətlər üçün lisenziya verilməsi qaydalarını sərtləşdirib.

”Xalqinfo”nun anspress-ə istinadən məlumatına görə, nazirlik bu şərtlərin pozulacağı təqdirdə həcc-operatorlarının işinin dayandırılması və maliyyə sanksiyaları da daxil olmaqla müxtəlif cəzalar tətbiq edəcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi artıq Azərbaycan da daxil omaqla həcc ziyarəti təşkil edən bütün ölkələrə rəsmi şəkildə müraciət edib. Bunu QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

"Bu məsələdən xəbərdarıq. Artıq bizim də səlahiyyətli nümayəndəmiz Səudiyyə Ərəbistanına dəvət alıb. Görüş yanvar ayının əvvəllərində baş tutacaq, tarixi onlar müəyyənləşdirəcəklər. Bizdə olan məlumata görə, həcc ziyarətinin yeni qaydalarla təşkili orada qərara alınacaq. Yəni həcc ziyarətinin qiyməti, ziyarətə gələnlərin sığortası, yerləşdirilməsi - bütün bu qaydalar yenilənəcək və yekunda protokol imzalanacaq. Heç şübhəsiz, bütün dövlətlər kimi biz də bu protokolla tanış olub qərar verəcəyik".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler