» » "Tale Bağırzadə kimiləri yığışıb dövləti yıxmaq istəyirdi"-

"Tale Bağırzadə kimiləri yığışıb dövləti yıxmaq istəyirdi"- Allahşükür Paşazadə

Bölmə: Din, BLOK XƏBƏR
"Tale Bağırzadə kimiləri yığışıb dövləti yıxmaq istəyirdi"-
“Taleh Bağırzadə kimi adamlar yığışıb Azərbaycan dövlətini yıxmaq istəyirlər. Axı onlar bu dövlət, bu xalq üçün nə ediblər ki, belə bir iddiaya düşüblər?! Çox təəssüf ki, onlar İslamdan istifadə edirlər”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

QMİ sədri bildirib ki, ətrafda olan bəzi dövlətlər Azərbaycanın firavanlığını həzm edə bilmir: “Bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr bizim daxilimizdə din amilindən istifadə edib çaxnaşma salmaq istəyirlər. İslam qardaşlıq dinidir. Mən çoxlu dövlətlərdə olmuşam. Biz şükür etməliyik ki, ölkəmizdə firavanlıq hökm sürür, bu firavanlığı qoruyub saxlamalıyıq. Bəzi qanunlar qəbul edilirsə, qanunlara əlavə və dəyişiklik edilirsə, deməli belə məsləhətdir. Hər dövlət öz təhlükəsizliyini qorumalıdır”.

Şeyx prezident İlham Əliyevin Nardaran qəsəbəsinin inkişafına 12 milyon manat pul ayırmasına da münasibət bildirib: “Bəziləri deyir ki, guya Nardaranı istəmirlər. Amma cənab prezident Nardaranın inkişafı üçün 12 milyon manat pul ayırıb. Xüsusən biz dindarlar bu münasibətə qiymət verməliyik”.

A.Paşazadə daha sonra "Günəşli" yatağında baş vermiş faciəyə toxunub: ""Günəşli" yatağında baş verənlər bizim üçün imtahan idi. Çox böyük dərddir. Allah ölənlərə rəhmət eləsin, yaxınlarına səbr versin! Orada ölənlərin hamısı bizim balalarımız idi".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler